Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (1-04-2023, 09:04)
“AMEA-dakı pul yeyintilərindən şikayətçi olduq, özümüzü həbs etdilər” - Arxeoloqun məhkəməsi

“AMEA-dakı pul yeyintilərindən şikayətçi olduq, özümüzü həbs etdilər”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun keçmiş əməkdaşları - tarixçi alim Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayeva məhkəmə qarşısındadır.

Səbubi Hüseynov Azərbaycan Milli Elmlər Akademiyasında elmi işçi, həyat yoldaşı Gülüstan İsayeva isə kadrlar şöbəsinin müdiri olub. Onlar işğaldan azad olunmuş ərazilərdə tədqiqat aparılması məqsədilə ayrılmış vəsaitlərin 92 min manatını mənimsəməkdə ittiham olunurlar. İbtidai istintaqın qənaətinə görə, Gülüstan İsayeva Səbuhi Hüseynovun adına pulların ayrılmasına nail olub. Səbuhi Hüseynov isə ekspedisiyada iştirak etmədən həmin pulları mənimsəyib. Cinayət işi üzrə zərərçəkmiş qismində Azərbaycan Milli Elmlər Akademiyasının Arxelogiya, Etnoqrasiya və Antropoligiya İnstitutu tanınıb.

Vəkil Abusəməd Səmədov məhkəməyə işin ibtidai istintaqa qaytarılması ilə bağlı vəsatət təqdim edib. Vəsatətini onunla əsaslandırıb ki, Səbuhi Hüseynovun həmin ekspedisiyalarda iştirak etməsini, üzərinə düşən işləri görməsini təsdiqləyən sənədlər və fotolar var. Səbuhi Hüseynov özü vəsatətə münasibət bildirərək deyib ki, Qarabağ ərazisində tədqiqat aparmağa xüsusi icazə ilə gedib, postlardan keçib: “Günlərlə Qarabağ ərazisində qalmışam, tədqiqatla məşğul olmuşam. Necə ola bilər ki, istintaq bu boyda saxtakarlıq etsin, ora yazsın ki, bu adam orda olmayıb, pulları mənimsəyib”.

Növbəti məhkəmə iclasında isə hakim Azad Məcidov təqsirləndirilən şəxsə suallar verib.

Hakim: Tutaq ki, 2016-cı ildə 60 ekspedisiya olub. Hər dəfə də 10 günlük müddətində keçirilib. Nə etmisiz? Dövlətə hansı faydanı vermisiz?

Təqsirləndirilən şəxs: Tərtər, Ağcabədi, Sabirabad rayonlarında ekspedisiya işləri həyata keçirmişik. 1000-dən çox abidənin yerini müəyyən etmişik, tədqiqatını aparmışıq. Abidələrin hansı irsə aid olmasının araşdırmışıq. Bu, bir az çətin olub. Çünki elə abidələr var ki, tamamilə dağıdılıb. Ağdam rayonunun işğaldan azad olunmuş hissəsinə də icazə əsasında gedərək işlər görmüşük.

Hakim: 2019-cu ildə ekspedisiya işlərinin aparılması zamanı harada qalmısız, harda nahar etmisiz?

Təqsirləndirilən şəxs: Həmin il Ağdam, Bərdə, Ağcabədi və Tərtər rayonlarında ekspedisiya həyata keçirmişik. Ekspedisiyanın üzvləri gəlməmişdi, bütün işləri tək gördüm. Bacanağımın evində qalırdım. Bacanağım Bərdədə yaşayır. Hansı rayona gedirdimsə, qayıdıb onun evində gecələyirdim. Bizə təkcə yemək üçün xərclik verilirdi, otel xərcləri verilmirdi. Ev icarəsi üçün sənəddə gündəlik 5 manat pul qeyd edilsə də, realda bu pul ödənilmirdi.

Hakim: Gördüyünüz işlərlə bağlı hansı addımları atmısız?

Təqsirlənirilən şəxs: Məqalələr, hesabatlar hazırlamışam. Həmin məqalələri də İnstituta təqdim etmişəm. İnstitut isə məqalələrimi, hesabatlarımı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə göndərib.

Digər təqsirləndirilən Gülüstan İsayeva da ittihamları rədd edib. İfadəsində göstərib ki, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda 2012-ci ildən işə başlayıb. 2015-ci ildən 2021-ci ilədək kadrlar şöbəsində işləyib. Həmin müddətdə Maisə Rəhimova Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru olub:

“İşlədiyim müddət ərzində işimlə bağlı heç bir nöqsan olmayıb. Maisə Rəhimova qohumlarının, tanışlarının adına staj yazıb, onlara əməkhaqqı verib. Hətta xaricdə yaşayan adamlara belə əməkhaqları verilib. Bütün bu qanunsuzluqlara etiraz etmişəm. Maisə Rəhimova qohumlarına, özünə ən yüksək məbləğlərdə mükafatlar yazıb. Elə işçilər olub ki, kadrlar şöbəsinin işçisi kimi onları heç vaxt görməmişəm, tanımamışam”.

Gülüstan İsayevanın sözlərinə görə, 2021-ci ildə baş verən qanunsuzluqlarla bağlı akademiyanın prezidenti Ramiz Mehdiyevə şikayət ünvanlayıb:

“Bizim şikayətimizə müsbət yanaşıldı. Akademiyanın o vaxtkı aparat rəhbəri dedi ki, məsələ ciddi araşdırılacaq, əgər cinayət faktı müəyyən olunsa, o zaman hüquq-mühafizə orqanlarına məlumat veriləcək. Bundan sonra yoxlama aparıldı, milyonlarla yeyinti faktları aşkarlandı. Bununla bağlı arayış tərtib edildi, bu faktlar da həmin arayışda öz əksini tapdı. Amma hüquq-mühafizə orqanlarına məlumat verilmədi. Nəticədə qanunsuz olaraq məni işdən çıxardılar. Bundan sonra Maisə Rəhimova mənimlə prinsip aparmağa başladı. Öz adamlarını mənim əleyhimə ifadə verməyi təşkil etdi”.

Gülüstan İsayeva qeyd edib ki, Arxeologiya və Etnoqrafiya İnstitutunda aparılan yoxlama zamanı 2 milyon 330 min manat mənimsəmə faktı müəyyən edilib.

Prokurorun suallarını cavablandıran təqsirləndirilən şəxs deyib ki, Ramiz Mehdiyevdən əvvəl də baş verən qanunsuzluqlarla bağlı şikayətçi olub:

“Hələ 2018-ci ildə akademiyanın prezidenti Akif Əlizadəyə də Arxeologiya və Etnoqrafiya İnstitutunda baş verən qanunsuzluqlarla bağlı şikayət etmişəm. Həmin vaxt şifahi şikayət etsəm də, yoxlama aparıldı. Sonuncu dəfə 2022-ci ilin iyulunda şikayət etdim. Bundan sonra məni işdən çıxardılar. Həmin vaxt Maisə Rəhimova da işdən kənarlaşdırılsa da, onun əlaqələri genişdir, mənimlə bağlı mübarizəsini davam etdirdi. Çünki onun yerinə təyin olunan şəxs də Maisə Rəhimovaya yaxın olan şəxsdir, onun tanışıdır, işçisi olub”.

Gülüstan İsayeva ifadəsini bitirdikdən sonra hakim növbəti məhkəmə iclasını aprelin 5-nə təyin edib.

Toplum TV
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024