Sosial / Slayd (1-03-2023, 09:31)
Rafiq Aslanovun oğlundan BU QƏDƏR PUL HARDANDIR?
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ( ASC ) sədr müavini Rafiq Aslanovun oğullarının İngiltərə vətəndaşı olması və orada 10 milyonlarla əmlaka, bahalı avtomobillərə və biznesə sahib olması barədə 2 gün öncə ölkə mətbuatında məlumat yayılıb. İlk öncə Rafiq Aslanovun özü və bu on milyonların mənbəyi haqqında qısaca məlumat verək.
Deməli, illər öncə Azərbaycanı suvarma suyu ilə təmin etmək üçün Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsi sonra isə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi var idi. Rafiq Aslanov həmin qurumlarda İqtisadiyyat, maliyyə və əmək haqqı idarəsində rəis vəzifəsində çalışıb.
İndi gördünüzmü, meliorasiya ilə bağlı qurumun əsas FİQURU Rafiq Aslanov olub. Yəni maliyyə, iqtisad, əmək haqqı məsələsi bu adama baxıb. 2006-cı ildə qurumun adı dəyişdirilərək Azərbaycan Hidromelioreasiya və Su Təsərrüfatı ASC oldu. Yəni daha müstəqil qurum oldu, heç kimə tabe olmadı. O vaxtdan Rafiq Aslanov ASC-nin sədr müavinidir və bu gün də həmin vəzifədədir. Rafiq Aslanov bu illər ərzində dövlət vəsaiti hesabına başa gələn suyu yüzlərlə sahibkarın, fermerin süni balıq göllərinə sataraq milyonlar qazanıb. Yazıq kəndlilər isə bağını suvarmağa su tapmır. Rafiq Aslanovun bacısıoğlu “Meliorasiya və Su Təsərrüfatı ASC -nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin rəisi İlqar Əliyev təkcə bir kranı 1 milyon manata sataraq dayısı ilə bölüşüb.
Söhbət 1 krandan gedir haa… Rafiq Aslanov uzun illər qurumun tabeçiliyində olan idarələrə məxsus texnika, avadanlıq və mexanizmləri köhnəlmiş adı ilə balansdan çıxardaraq satıb yüz minlər qazanıblar. Hələ saxta tenderləri, geri qaytarılan “otkat”ları demirik. Rafiq Aslanov Vətən müharibəsinin qızğın vaxtı, doğulduğu Füzuli şəhəri uğrunda döyüşlərin getdiyi bir dönəmdə Londonda yaşayan oğluna 438 min funt sterlinq (1 milyon manata yaxın) dəyərində mənzil alıb. Yeri gəlmişkən, əslən Füzulidən-Qarabağdan olan Rafiq Aslanovun 2 oğul övladı var və ikisi də İngiltərə vətəndaşıdır. Rafiq Aslanov kimilər cənab Prezidentimizə yalan məlumat verərək deyirlər ki, ölkədə 40-50 faiz su itkisi var. Heç orta əsrlərdə, kəndlilərin kustar arxlardan istifadə etdiyi zamanlarda 40-50 faiz su itkisi olmurdu. XXI əsrdə, müasir texnologiyanın olduğu zamanda necə 40-50 fazi su itkisi ola bilər, cənab Rafiq Aslanov..?
Bu qədər su itməyib ee….sənin tərəfindən oğlanların üçün Londonda villaların, bahalı avtomobillərin alınmasına xərclənib. Bəli, biz soruşuruq ki, Rafiq Aslanov sənin 1998-ci il təvəllüdlü oğlun İlkin Aslanov 7 ildən artıqdır ki, Londonda yaşayır, bir neçə ildir İngiltərə vətəndaşıdır və Londonda milyonluq mülklərə, şirkətlərə sahibdir. 23 yaşlı bu cavan oğlan bu 100 milyonları necə qazandı..? Axı, sən onu Londona dövlət hesabına oxumaq üçün göndərmişdin ki, gəlib dövlətimizə yararlı bir mütəxəssis olsun. Axı, sən Xarici İşlər Nazirliyi ilə hansı saxtakarlığa getmisən ki, övladının biri Londonda ola-ola, ikincisini də göndərmisən. Bu bizim ölkədə qeyri mümkündür. Amma bu başqa bir yazının mövzusudur.
Rafiq Aslanov sənin ikinci oğlun Afiq Aslanov da Londonda yaşayır, böyük şirkətlərin sahibidir. Onun şirkətinin balansında olan avtomobillər: * Bentley Arnage T (2009-cu il, qiyməti 250 min dollar) * Audi A3 * Mercedes S-Class (magıc vısıon control, qiyməti 220 min avro), * Mercedes E 63 AMG (100 min dollar) * Mercedes Viano * Range Rover Sport Və daha nələr. Bu siyahını kifayət qədər uzada bilərik. Amma nə faydası. Sonda Rafiq Aslanova sualımız: Səni bu Azərbaycana nə bağlayır..?
P.S. Zamanında bütün mətbuat car çəkirdi ki, Rafiq Aslanov Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin bütün işçilərinin əmək haqlarına şərikdir, heç kim inanmırdı. Gördünüzmü pullar haradadır. //gundelik-baku.com//
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024