Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (1-03-2023, 09:28)
AMEA-da TENDER: Buralardan Ramiz Mehdiyevin nəfəsi hələ kəsilməyib..

 




Ötən il Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutu “Sinam” MMC ilə dəyəri 129 min 847 manat olan satınalma müqaviləsi imzalayıb. Müqavilənin şərtinə görə, şirkət bir il boyunca instituta proqram təminatı ilə bağlı texniki avadanlıqlar verməlidir. Bu, iki tərəf arasında olan ilk müqavilə deyil. Dövlət Satınalmalarının reyestrində qeyd olunub ki, İdarəetmə Sistemləri İnstitutu 2021-ci ildə də “Sinam” MMC ilə 21 min 240 manat dəyərində satınalma müqaviləsi imzalayıb. Bu müqavilə ilə şirkət AMEA-nın institutuna proqram təminatının alınması və quraşdırılması xidmətlərini göstərib.

Bəs niyə “Sinam” MMC?

Şirkət 6 iyun 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin təsisçisi və rəhbəri Elçin Əliyevdir. Elçin Əliyev AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiridir. Yəni, Əliyev rəhbərliyində təmsil olunduğu qurumun tenderində özünə məxsus şirkəti qalib edib və ümumilikdə 151 min manatlıq tender müqaviləsi imzalayıb.

Dövlət Satınalmalarının reyestrində qeyd olunub ki, 2019-cu ildən 2023-cü ilə qədər olan dövrdə AMEA bu şirkətlə dəyəri yüz minlərlə manat olan 41 satınalma müqaviləsi imzalayıb.

AMEA-da TENDER: Buralardan Ramiz Mehdiyevin nəfəsi hələ kəsilməyib...

“Dövlət Satınalmaları haqqında” qanunun 13-cü maddəsinə görə, satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol verilmir.

Bu maddənin 1-ci hissəsində isə qeyd olunur ki, dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslər satınalmalarda maraqlarının olub-olmamasını bəyan etməlidirlər.

AMEA-da TENDER: Buralardan Ramiz Mehdiyevin nəfəsi hələ kəsilməyib...

SİNAM şirkətinin rəhbəri Elçin Əliyevin prezident İlham Əliyevlə görüşü də olub. Şirkət Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsi üzrə də işləyib. Bununla bağlı tender məlumatları olmasa da, prezidentin rəsmi internet səhifəsində qeyd olunub ki, Ağalı kəndində ağıllı idarəetmə mərkəzi ilə tanışlıq zamanı SİNAM şirkətinin rəhbəri Elçin Əliyev İlham Əliyevə “ağıllı həllər” proqram təminatı ilə bağlı məruzə edib. O bildirib ki, Ağalı kəndindəki internetin sürəti ölkə üzrə orta sürətdən dəfələrlə artıqdır.

İqtisadçı Rəşad Həsənov deyir ki, “Dövlət satınalmaları haqqında” qanunda qeyd olunur ki, maraqlar koniflikti yaradan hallar heç bir halda satınalmalarda icazə verilən hallar olmamalıdır.

Onun sözlərinə görə, şirkət rəhbərinin həm də AMEA-da çalışması maraq toqquşmasının yaranmasına səbəb olur:

“Bu da ilk növbədə dövlət vəsaitlərinin qeyri-səmərəli formada xərclənməsinə əlverişli şərait yaradır. Çünki satınalmalarda ədalətlilik və rəqabətlilik prinsipinin qorunmamasına səbəb olur. Burada qeyri-şəffaf maliyyələşmə imkanlarının mümkünlüyündən də söhbət gedə bilər. Adətən bənzər hallarda əvvəlcədən əməkdaşlıq edilən şirkətlərlə, bir-birini tanıyan insanlar arasında belə bir sövdələşmənin qurulması vəsaitlərin bir qisminin mənimsənilməsi üçün daha əlverişli imkan yaradır. Təəssüf ki, görünən odur ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti öz funksiyalarını tam olaraq yerinə yetirmir ki, satınalmalarda bu qədər böyük problemlər üzə çıxır” – deyə iqtisadçı Rəşad Həsənov bildirib.

Azərbaycan Milli Elmlər Akademiyasının maliyyə şöbəsindən Abzas Media-ya bildirilib ki, “Sinam” MMC ölkədə milli mühasibat uçotu sistemlərinin tətbiqi ilə məşğul olur və ona görə satınalmaların qalibi kimi o şirkət seçilir. "Müqaviləni AMEA-nın ayrı-ayrı idarələri imzalayır deyə, biz daha ətraflı cavab verə bilmirik"- AMEA-dan bildirilib.

AMEA-nın İdarəetmə Sistemləri İnstitutundan isə suallarımıza cavab verməkdən imtina ediblər
шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024