Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (24-02-2023, 09:11)
Əli Həsənov və Vüqar Səfərliyə bağlı olan şirkətlə Tibb Universiteti arasında müqavilə

Əli Həsənov və Vüqar Səfərliyə bağlı olan şirkətlə Tibb Universiteti arasında müqavilə
Azərbaycan Tibb Universiteti (ATU) "Azərmətbuatyayım” Açıq Səhmdar Cəmiyyəti (ASC) satınalma müqaviləsi imzalayıb.

Mediatv.az  Qaynarinfo-ya istinadla xəbər verir ki, maliyyə dəyəri 12 871.32 AZN olan müqavilədə qəzet və jurnalların abunə yazılışı xidmətlərinın satınalınmasınəzərdə tutulur.

"Azərmətbuatyayım” ASC 7 avqust 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 345 304 AZN olan şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ev 30 K-də yerləşir. ASC-nin qanuni təmsilçisi Salmanov Süleyman Əli oğludur. O, həm də ASC-nin İdarə Heyətinin sədridir.

Süleyman Salmanov həm də "Kaspi Mətbuat Yayım” MMC-nin qanuni təmsilçisidir. Bu şirkətin hüquqi ünvanı Səbail rayonu Fikrət Əmirov küçəsi, ev 1-də yerləşir. Prezidentdin keçmiş köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənli da bu ünvanda qeydiyyatdadır.

Bundan başqa, "Kaspi Mətbuat Yayım” MMC-nin "Azərmətbuatyayım” ASC-nin təsisçisi olduğu bildirilir.

Fi̇krət Əmi̇rov küçəsi, ev 1 ünvanında başqa bir şirkət də qeydiyyatdadır. Bu, "Kaspi Education” MMC-dir. Şirkətin qanuni təmsilçisi Vəliyeva Sona Məhəmməd qızıdır. O, Əli Həsənovun həyat yoldaşıdır.

"Azərmətbuatyayım” ASC-nin İdarə Heyətinin Süleyman Salmanovdan əvvəlki sədri Kütləvi İnformasiya Vasitələrinln İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş icraçı direktoru Vüqar Səfərli olub. O, KİVDF-nin rəhbəri təyin olunduqdan sonra ASC-dəki vəzifəsindən istefa verib.
Vüqar Səfərli hazırda həbsədir. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma-külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə mühakimə olunub. Məhkəmənin hökmü ilə 10 il 6 ay azadlıqdan məhrum edilib.

Vüqar Səfərli Əli Həsənovun ən yaxın adamlarından biri kimi tanınıb.
шаблоны для dle 11.2

Xəbər lenti
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024