Sosial / Slayd (16-02-2023, 12:28)
Bakıda açıq təhlükə mənbəyi: HOME BAKU MMC... - İTTİHAM VAR!
Türkiyədə baş verən zəlzələ faciəsi ilə bağlı Allahdan vəfat edənlərə rəhmət, yaralılara şəfa diləyirik. Binalar bir-birinə yaxın tikilməsi səbəbindən bu cür xoşagəlməz faciələr yaşayırıq. Allah eləməsin, Bakıda da bu cür hallar təkrarlansın. "Gördüyünüz bu "HOME (HOM) Baku MTK" adlı tikinti şirkətinın tikdiyi binalar heç 2 bal zəlzələyə də tab gətirməz."
Bu sözləri "Azərbaycan Reallığı"na "KSM" MMC-nın hüquqşünas Mübariz Məsimoğlu geniş video açıqlaması zamanı deyib.
Mübariz Məsimoğlu bildirir ki, şəhərin mərkəzi Bakının Nəsimi rayonu Əbdülvahab Salamzadə küçəsi 31 unvanında 8 Noyabr metrostansiyası və Papalin körpüsünün yaxınlığında inşa olunan bu yaxın-yaxın binaları gələcəkdə faciəli sonluqla nəticələnə bilər. Binanın alt qatında 9 metirlik yer qazılıb, hələ üstəlik nümayəndəsi olduğum "KSML" MMC-yə videoda gördüyünüz kimi xeyli ziyan vurub. Dəfələrlə aidıyyatı qurumlara şikayət etsək də, nədənsə şikayətlərimizə gec cavab verilir. Bir neçə aya aldığmız cavablar isə müsbət olmur.
2014 ci ildən Vüqar Cəfərov adlı şəxs Bakı Şəhər İcra Hakimiyyətindən icazə alıb bu binaları tikmək istəyib amma həmin dövrdə şəhər meri Hacıbala Abutalıbov bu binaların tikintisinə icazə verməyib. Səbəb kimi sözügedən ərazi hündürmərtəbəli binalar olduğu üçün ərazi az olduğundan tikilməsi mümkünsüz sayılıb. Amma sonradan mövcüzəli saxtakarlıqlar baş verib. 2014-cu ildə tikintisinə icazə verilməyən bu binaların 2018-ci ildə tikintisinə icazə verilib. Səbəb kimi isə bizə Bakı Şəhər İcra Hakimiyyətinin bizə məlum olmayan sənədlərini göstərirlər.
Çox günam ki, bu sənədlər də saxtadır. Amma biz hələ bilmirik buranın tikintisi üçün sərəncam sənədi Bakı Şəhər İcra Hakimiyyətinin arxivində var ya yox. Rəsmi müraciət etsək də hələ ki, bizə sərəncamın sürətini verməyiblər. Videoda gördüyünüz bu çoxsaylı binalar ölkədə pandemiya zamanı heç kim heç yerdə işləyə bilmədiyi bir vaxtda bunlar işləyib tez-bazar bu binaları tikiblər. Yerin altını 9 metr qazıb iki mərtəbə qarajlar tikiblər. Gördüynüz bu torpağın altı boşdur, məhşur "Papanin körpüsü"- nün 7-8 metrliyindədir.
2018-ci ildə ölkə başçısının verdiyi sərəncama əsasən bu binalarda ara məsafəsi gözlənilməlidir. Amma bunlar o sərəncamı qulağardına vurublar. Daha sonra ikinci bir saxtakarlığı ediblər. Belə ki, Bakı şəhər lahiyəsi işə keçmədiyindən Gəncə Şəhər lahiyəsin arxivə yazıblar. Guya bu binalar Gəncə şəhər lahiyəsi kimi tikilib. Sərəncam verilib Bakı şəhər lahiyyəsi əsasında tikinti aparılıb Gəncə şəhər lahiyyəsi əsasında bu necə ola bilər?
Bütün bu qanunsuzluqları Vüqar Cəfərov adlı şəxsin əli ilə ediblər. Onun bir mühəndisi var, Həmizə Zeynalov adlı şəxsdir. Gözdən əlildir, sənədləri saxtalaşdırırlar. O da nəyə desən imza atır. Bu binaları "HOME (HOM) Baku MTK" adlı guya şirkət tikir, əslində o adlı şirkət yoxdur, havadadır Vüqar Zeynalov Türkiyəli bir Əhməd Çətin adlı işbaz var, o təkcə burada yox dünyanın müxtəlif ölkələrində başqalarının adlarına olan tikinti işlərini aparır. Heç bir cavabdehlik daşımır. Bu binalarda ona məxsus olduğu iddia edilir. Qeyd edək ki, Əhməd Çətin adlı iş adamı Fətullah Gülənin 1 nömrəli adamlarından olduğu bildirilir.
Türkiyədə baş vermiş zəlzələ ilə bağlı bəlkə də Əhməd Çətin adlı iş adamının da orada tikdiyi binalar var. Bu araşdırılmalsa bu hallar da ortaya çıxa bilər. Amma bu haqda bizim əlimizdə fakt yoxdur, araşdırılsa yaxşı olar. Faktiki bu adam işlərinin arxasında özü durmur, nə edirsə Vüqar Cəfərov Həmizə Zeynalov kimi adamları əli ilə edir. Vüqar Cəfərov nümayəndəsi olduğum "KSM" MMC-nın direktoru Hacı Məhərrəmə deyib ki, bu sərəncamı almağa 2 millyon pul vermişəm. Sonradan bu binanın yerini 11 millyona satıb Əhməd Çətinə.
İndi siz təsəvvür edin bu adamlar bu binanı tikənə kimi 13 milyon xərcləri çıxırsa indi bu binalar hansı kefiyyətlə tikilə bilər? Hələ bu təkcə üzdə görünəndi. Görmədiklərmizdə var. Burada bu cür cinayətlər baş verirsə bu binalarında zəlzələyə dözümlülüyünə bizi heç kim sığorta verə bilməz. Allah etməsin bu bizim ölkədə baş versə heç bu binalar 2 bal zəlzələyə dözə bilməyəcək.
Millətə zülm etməyin, milləti aldatmayın. Yazığdır bu binadan ev alan adamlar.
Bütün güc strukturlarına müraciət etmişik, bu vaxta kimi cavab ala bilməmişik. Baş prokuror cənab Kamran Əliyevə müraciət etdik, şikayətimizi göndərdilər. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə işə müstəntiq Mikayıl Quliyev baxdı. Mikayıl müəllim cavab yazıb ki, burada heç bir sənəd saxtakarlığından söhbət gedə bilməz, subutlarınızı ortaya qoymalısınız.
Sual etdik ki, Mikayıl müəllim necə olur adam Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edir, ona 3 günə tikinti üçün sərəncam verilir? Sərəncamda verilən nömrələr dövlət reysterində yoxdur. Digər faktlar da verib bildirdim ki, bunları araşdırsaz görərsiz burada korrupsiya faktları var. Mən evimi satsam 5 manat dövlət vergisini ödəməsəm məni çoxtan həbs etmişdilər. 5-10 manat pul mənimsəyən adamı tuturlar 13 millyonu mənimsəyəni tutmurlar.
Sonda "KSML" MMC-nin nümayəndəsi Mübariz Məsinoğlu "Ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya, Baş Prokuror cənab Kamran Əliyevə, Daxili İşlər Naziri cənab Vilayət Eyvazova, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi cənab Əli Nağıyevə, İqdisadi İnkişaf Naziri cənab Mikayıl Cabbarova, Fövqəladə Hallar Naziri cənab Kamallədin Heydərova, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Cənab Eldar Əzizova və digər güc qurumlarından xahiş edirəm ki, bu məsələni yaxından diqqətə götürüb araşdırsınlar. Heyfdir bu millət gələcəkdə bu cür binalarda yaşayanların taleyi sual altında qalır" deyən hüquqşunas Mübariz Məsimoglu sonda bildirib.
DİA.AZ daha geniş video açıqlamanı oxucularımıza təqdim edir:
Yazıda və səsləndirilən ittihamlarda adı çəkilən istənilən şəxslərin mövqeyini dərc etməyə hazırıq
AZƏRBAYCANREALLIĞI.COM
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024