Sosial / Slayd (16-02-2023, 08:51)
ETSN sisteminin NƏBİYEV PROBLEMİ...
Xəbər var, erməni milyarder Ruben Vardanyan Xankəndindən qaçıb. Bu isə o deməkdir ki, Laçın koridorunu nəzarətə götürmüş azərbaycanlı ekofəalların aksiyası artıq nəticə vermişdir. Ekofəallar indi də Vasif Nəbiyevlə “haqq-hesab” çəkməlidirlər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Vasif Nəbiyevin, mühafizə üzrə direktor müavini Tural Qasımovun “xeyir-duası” ilə baş verən meşə talançılığından, ETSN 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən göndərilən yoxlamalar zamanı aşkar edilən qırıntı faktları, verilmiş bir meşə biletinin əvəzinə dörd qat artıq sayda və həcmdə ağacların qırılmasının ört-basdır edilməsindən, Vasif Nəbiyevə meşələri qoruyan deyil, maddi marağın təmin olunması müqabilində ağacların qırılmasına şərait yaradan işçilərin sərf etməsindən, əvvəllər Gədəbəy Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM), sonra isə Şəmkir MMBM-nin direktoru vəzifələrində işlədiyi dövrlərdə barəsində xeyli şikayətlər səslənməsindən, sabiq nazir Hüseynqulu Bağırovun onu işdən çıxarandan sonra bir müddət ETSN sistemindən kənarda qalmasından, Muxtar Babayev nazir vəzifəsinə təyin olunandan sonra havadarı, nazir müavini Vüqar Kərimovun dəstəyi yenidən vəzifəyə təyin olunmasından yazmışdıq.
Görünən odur ki, Vasif Nəbiyevə “gözün üstə qaşın yoxdur” deyən olmadı. Şikayətlər isə artmaqdadır. Redaksiyamıza daxil olan növbəti məlumatda bildirilir ki, Vasif Nəbiyevin göstərişi ilə Əmirvar meşəbəyliyinin 6 – 10 saylı və digər dolaylarında qiymətli cavan ağaclar kütləvi şəkildə qırılaraq kömür və məmulat tədarükü məqsədilə Gəncə ətrafındakı mebel və yeşik sexlərinə satılır. Gözlənilir ki, yaxın vaxtlarda eləcə də Daşkəsən meşələrində, o cümlədən Dəstəfur meşəbəyliyində də vəziyyət Gədəbəy meşələrindəki kimi acınacaqlı olacaqdır.
Daşkəsən rayonunun Astaf kənd sakini Həsənov Sübhan Musa oğlu ölkə Prezidentinə və ETSN rəhbərliyinə ünvanladığı, surətini isə ictimailəşdirmək məqsədilə redaksiyamıza təqdim etdiyi müraciətnamədə yazır ki, Vasif Nəbiyev işlədiyi dövrdə dövlət meşə fondunun kütləvi şəkildə talan edilməsinə göz yumub, yalan svodkalarla dövləti aldadıb, dövlətin pulunu saxta sənədlərlə mənimsəyib, kadr alveri ilə məşğul olub, bu və digər qanunsuz əməllərinə görə kollegiya qərarı ilə işdən qovulubmuş. Lakin hal-hazırda da eyni əməllərini davam etdirir: “Uşaqlarının kirvəsi Rövşən Rəsulovla əlbir olaraq qohum-əqrəbasını, köhnə meşə qatillərini, keçmişdə talançı hərəkətlərinə görə işdən qovulanları, hərbi xidmətdən yayınanları başına yığıb. Bir vaxtlar sıx meşəlik olan ərazilər erroziyaya uğrayıb, təbii bərpa yoxdur. Təsərrüfat təşkili planına uyğun gəlməyən, meşənin sıxlığı qırılmaya uyğun olmayan yerlərdə qırıntı aparılıb. Meşə Təsərrüfatı Mərkəzində hər gün maşın-texnikaya 200-250 kilometr yol vərəqəsi yazılaraq, rəqəmlərin “şişirdilməsi” yolu ilə yanacaq silinir. Yüzdə bir adama meşə qırıntısı bileti veriuldiyi halda minlərlə sakinin qapısında, az qala hər həyərdə 15 – 20 kub/metr odun var”. Mövzuya qayıdacağıq.//azarinfo.az//
Nyus.Az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024