Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (13-02-2023, 13:29)
Gömrük Komitəsində nə baş verir?

 





Dövlət Gömrük Komitəsinin (DGK) keçmiş sədri Səfər Mehdiyevin işdən çıxarılmasından 6 aydan artıq vaxt ötür. Səfər Mehdiyev ötən ilin iyulunda vəzifəsindən azad edilib. Həmin vaxtdan bu yana quruma sədr təyinatı baş verməyib. Sədr təyinatının yubanması qurumda gözlənilən struktur dəyişiklikləri ilə bağlıdır.

Mediatv.az  bildirir ki, Valyuta.az-ın əldə etdiyi məlumatlara görə, yaxın vaxtlarda DGK-da ciddi struktur dəyişikləri gözlənilir. Bildirilir ki, qurumun bir neçə idarəsi ləğv ediləcək və yaxud birləşdiriləcək. Bu sırada xüsusilə, qurumun iki ixtisaslaşdırılmış idarəsinin adı çəkilir. Bildirilir ki, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi və Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi Bakı Baş Gömrük İdarəsinin tabeliyinə veriləcək. Yəni, bu idarələr artıq baş idarə kimi deyil, Bakı Baş Gömrük İdarəsinin alt qurumu kimi fəaliyyət göstərəcək.

Aksiz Mallar üzrə Baş Gömrük İdarəsinin rəisi Vəzir Həsənov, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi isə Həsən Eyyubovdur.

Bir müddət əvvəl Vəzir Həsənovun işdən çıxarıldığı barədə məlumat yayılmışdı. Lakin sonradan xəbər təkzib edildi.

Gözlənilir ki, Vəzir Həsənovla Həsən Eyyubovun rəhbərlik etdiyi idarələr Bakı Baş Gömrük İdarəsinə birləşdirildikdən sonra hər iki gömrükçüyə "əlvida” deyiləcək.

Bu arada gələn məlumatlar sırasında o da bildirilir ki, DGK-nın Dövlət Vergi Xidmətinə birləşdirilməsi məqsədəuyğun hesab edilməyib. Bu barədə islahatlar kampaniyası dövründə çox danışılıb. O zaman DGK-nın ayrıca qurum kimi fəaliyyət göstərməsi əlavə xərc kimi dəyərləndirilərək, onun Vergilər Nazirliyinə (həmin vaxt İqtisadiyyat Nazirliyinə birləşdirilməmişdi) birləşdirilməsi təklif olunurdu.
шаблоны для dle 11.2

Xəbər lenti
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024