Türkiyənə Kahramanmaraş şəhərində iki böyük zəlzələdə dağılan və böyük ziyan görən binalarla bağlı başladılan araşdırmada, indiyə qədər 14 nəfərin cəsədinin tapıldığı Pamukoğlu küçəsindəki binaların inşaat mühəndisi Afyonkarahisarda yaxalanıb.

Mediatv.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qeyd edək ki, Türkiyə Respublika Prokurorluğu zəlzələlərdə dağılan və zərər görən binalarla bağlı araşdırmalara başlayıb.İlk müayinələrdə tikilən binalarda betonun keyfiyyətinin çox aşağı olduğu açıqlanıb.

Dəqiq təsbitlərə əsasən, binanın lisenziyasında texniki məsul olduğu bildirilən inşaat mühəndisi A.G. Afyonkarahisar Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə (KOM) Şöbə Müdirliyi qrupları tərəfindən yaxalanıb. A.G. qruplar tərəfindən Qaziantepə göndərilib.