Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (8-02-2023, 09:14)
Talıbovun xaraba qoyduğu Şərur

 



Şərurun Axaməd kəndinə yaşayan Məhərrəm kişi tez-tez nəvələrini də götürüb evlərinin yaxınlığındakı kanala gəlir. Deyir, kanaldakı su duzlu olduğundan orda əvvəlki kimi balıq qalmasa da, duzlu-məzəli söhbətlər edə-edə nəvələrinə balıq tutmağı öyrədir.

Məhərrəm Əliyevin yaşadığı Şərurun Axaməd kəndi İranla sərhəddə yerləşir. Rəsmi rəqəmlərə görə, kəndin 1000-ə yaxın sakini var. Amma yerli camaatın dediyinə görə, burda cəmi 170 evdə yaşayış var. Məhərrəm Əliyevin həyat yoldaşı Səadət Allahverdiyeva deyir ki, işsizlikdən bəziləri Türkiyəyə, bəziləri Naxçıvan şəhərinə, bəziləri də paytaxt Bakıya üz tutub.

Məhərrəm Əliyev danışır ki, əvvəllər İranla sərhəd açıq olanda lazım olan ərzağı ordan ucuz qiymətə alıb gətirərmiş. Beləcə ailəsinin büdcəsinə qənaət edərmiş. Amma artıq 3 ildir ki, quru sərhəd bağlıdır, üstəlik də gömrük rüsumları artıb. Odur ki, indi ailəsini aldığı pensiya və sovetdən qalma maşını ilə dolandırmağa məcburdur:

Axaməddə dolanışıqla yanaşı susuzluq və yolsuzluq da problemdir. Məhərrəm Əliyev deyir ki, bələdiyyəyə şikayət etdikdən sonra kəndin girişinə asfalt çəkilsə də, yaşayış olan əsas məhəllələrdə “köhnə hamam, köhnə tasdır”.

Şərurun Xələc kəndi də İranla sərhəddə yerləşir. Bu kəndin də başlıca problemi dolanışıqla, susuzıluqla bağlıdır. Xələc Naxçıvanı kənd təsərrüfatı məhsulları ilə təmin edən əsas kəndlərdəndir. Sakinlərin dediyinə görə, əgər kəndlilərə şərait yaradılsa, başqa ölkələrdən meyvə-tərəvəz gətirməyə ehtiyac qalmaz. Xələc sakini Niyaməddin Məmmədli söyləyir ki, ötən il əkib-becərdikləri məhsulu sata bilmədiklərinə görə tonlarla soğan əllərində qalıb:

Digər kənd sakini Fikrət Rzayev deyir ki, İrandan kənd təsərrüfatı malları gətirildiyi üçün yerli fermerlərin məhsulları əllərində qalır:

Vaxtilə Talıbovun dövründə kəndlərdə çayxanaların çoxu sökülüb. Onun istefasından sonra Xələc sakinləri əl-ələ verib yenidən çayxana tikirlər. Xələclilər deyirlər, çətinliklərdən bezəndə barı arada bir yerə yığışıb ürəyimizi boşaldarıq. Axəmadlilərin də, xələclilərin də indi bircə istəyi var: daimi iş və bir də boşalmaqda olan kəndlərə əvvəlki ab-havanın qayıtması.
toplum tv

шаблоны для dle 11.2

Xəbər lenti
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024