Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (1-02-2023, 09:12)
"General Rəhim Cəfərov məni otaqdan qovdu..."

 




Naxçıvan şəhəri, Babək rayonu, Şəkərəbad kənd sakini Qafqazi Erşad Verqə oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, onu qanunsuz şəkildə işdən uzaqlaşdırıblar:

“Mən, Qafqazi Erşad Verqa oğlu, Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şəkərəbad kəndində yaşayıram. Hərbi qulluqçu olmuşam. 2019-cu ildə N saylı hərbi hissədə kursa başlamışam. 27.12.2019-cu ildə kursu bitrmişəm. 01.01.2020-ci ildə N saylı hərbi hissədə heyet rəisinin müavini olaraq işə başlamışam . 15.02.2021-ci ildə könüllü olaraq digər N saylı hərbi hissənin 66 -cı taborunda təyinatla xidmət etmişəm.

Bir gün ailə münaqişəsi zəmnində atamla sözüm tərs gəldi, cavab qaytara bilmədiyimdən ayağımnan eyvanın şüşəsinə vurdub. Bu zaman şüşə sındı və ayağım kəsildi. Xəstəxanada ayağımı sarıdılar və hərbi ekspertizadan keçirtdilər. Heç bir problemin olmadığını qeyd etdilər.

Lakin general-mayor Rəhim Cəfərovun əmrinə əsasən, hərbi xidməti başa vurmağıma 1 ay qalmış məni “hərbi xidmətə yararsız” kimi ehtiyata buraxdılar. Səbəbkar isə N saylı hərbi hissənin komandiri, polkovnik Haqverdi Dadaşov oldu. Mənim haqqım olan “raşot pulu”mun, 13-14 forma pulumun və əmək haqqımın dalına keçdilər. 1 dəfə olsun töhmət almamış hərbiçini işdən çıxartdılar.

Türkiyədə komando kursunda olmuşam. 2 aylıq ezam pulumu da vermədilər. Fərqlənmə sənədlərim var, amma heç biri vacib sənəd hesab edilmədi.

01.12.2023-cu ildə general Rəhim Cəfərovun qəbulunda oldum, şikayətimi bildirdim, məni başa düşmək istəmədi, otaqdan qovdu. Dedi ki, çıx get, hara istəyirsən şikayət et.

Hərbi biletimi ləkələyiblər, heç bir yerdə işə götürmürlər. Evliyəm, 2 övladım var, onlara necə baxım, ailəmi necə saxlayım? Bütün bu işlə məşğul olan orqanlardan xahiş edirəm, mənə köməklik edin. Məni işimə qaytarsınlar, ya da sənədimdəki ləkəni təmizləsinlər”.

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

"General Rəhim Cəfərov məni otaqdan qovdu..."
"General Rəhim Cəfərov məni otaqdan qovdu..."
шаблоны для dle 11.2

Xəbər lenti
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024