Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (31-01-2023, 14:44)
2 saylı Uşaq Xəstəxanasından ŞİKAYƏT...

 A.F. Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasındakı şəraitsizlik və bərbad durum aktullaşıb.

Mediatv.az bildirir ki, bu barədə Bizim.Media-ya A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova şikayətlənib.

Onun sözlərinə görə xəstəxananın sanitar qovşaqlarında isti su problemi var. Palatalardakı pəncərələrin isə tutacağı olmadığından birdəfəlik qapadılıb və havalandırma yoxdur:

“Övladımın müalicəsinə görə bir neçə gündür ki, xəstəxanada qalıram. Nəinki qaldığım palatada, xəstəxananın bütün sanitar qovşaqlarında isti su yoxdur. Özləri qapadıblar. Səbəb isə gətirirlər ki, burada qalan analar saçlarını yuyurlar.

Üstəlik heç bir pəncərənin tutacağı yoxdur ki, ən azından otağı ara-sıra havalandıraq. Sağlam adam bu şəraitsizlikdə xəstəlik tapar”, - deyə şikayətçi gileylənib.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-ya bildirilib ki, Kliniki Tibbi Mərkəzin nəzdində olan Ə.F.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasında isti suyun verilməsində müvəqqəti problem yaranıb və bununla bağlı hazırda iş gedir:

“İsti suyun verilməsində fasilə yaransa da, tibb müəssisəsində istilik təchizatı ilə bağlı problem yoxdur”, - deyə qurumdan qeyd edilib.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025