Sosial / Slayd (27-01-2023, 09:10)
“Çox biabırçı vəziyyət yaranıb, əməlli-başlı harınlayıblar” - ÖZBAŞINALIQ!
Millət vəkili Zahid Oruc dövlət qurumlarını tənqid edib. Parlament üzvü bildirib ki, dövlət qurumlarının qaynar xətti olsa da, heç biri dəstəyi qaldırmaq istəmir. Z.Oruc deyib ki, onlar nəinki şikayətə baxmaq, heç telefona cavab vermək istəmirlər: “Amma hamısı deyir “Tvitter”dən, “Linkedin”dən müraciət edin. Bəs o telefon nə üçündür?”. Millət vəkilinin giley-güzar etdiyi məsələ onun həmkarları tərəfindən də bir neçə dəfə gündəmə gətirilib. Ötən iclaslarda çıxış edən deputatlar da dövlət qurumlarının biganəliyindən, saymazyana mövqeyindən gileylənmişdilər. Parlament üzvləri müxtəlif problemlərlə bağlı dövlət orqanlarına ünvanladıqları məktublara çox gec və formal qaydada cavab verildiyini, qurum rəhbərləri ilə əlaqə saxlamağın mümkünsüz olduğunu demişdilər.
Mediatv.az bildirir ki, məsələni "Şərq"ə şərh edən siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev qaldırılan problemin çox aktual olduğunu deyib. Ekspert vurğulayıb ki, əgər məmurlar Parlamentə, deputatlara hörmət etmirsə, bu, birbaşa dövlətə hörmətsizlikdir:
"Əfsuslar olsun ki, əksər məmurlarımız öz şəxsi gəlirlərini fikirləşirlər. Hesab edirlər ki, hansısa parlament üzvü onu "narahat" edirsə, bunun əvəzinə mütləq nəsə almalıdır. Bir çox məmurların qəbuluna düşmək üçün köməkçisinə rüşvət verməlisən. Çox biabırçı vəziyyət yaranıb, əməlli-başlı harınlayıblar. Millət vəkilləri birmənalı şəkildə xalqla dövlət arasında körpü statusundadır. Deputata cavab verməyən məmur onun seçicisinə, xalqa cavab verərmi?! Bunlar nəyə, kimə arxayındır? Onlara məsul şəxslər, ayrı-ayrı kuratorlar var. Məncə, günah da həmin kuratorlardadır. Prezidentlə xalq arasında uçurum yaratmağa çalışırlar. Məqsədləri odur ki, arada gərginlik yaransın və bundan istifadə edərək şəxsi bizneslərini inkişaf etdirsinlər. Onları ancaq ailələri və yaxın qohum-əqrəbaları maraqlandırır. Dövlətin mənafeyini müdafiə etmirlər ki, deputatın müraciətinə cavab versinlər, hansısa problemin həllinə çalışsınlar. Əhali ilə işləmək istəmirlər. Cənab Prezident il ərzində rayonlara, bölgələrə dəfələrlə səfər edir, sakinlərlə görüşür, onları dinləyir, yerlərdəki çatışmazlıqlarla şəxsən maraqlanır. Məmurlar ölkə başçısından nümunə götürmürlər. Kimsə həqiqəti deyəndə də onun üstünə düşürlər, təzyiq göstərirlər".
Professor vurğulayıb ki, nazirlər, onların müavinləri, şöbə müdirləri ilk növbədə öz vəzifələrini icra etməlidirlər: "Məmurlar dövlət başçısının tapşırıqlarını yerinə yetirməlidirlər. Hər məsələni tvitter, instaqram, feysbuka daşımaq nə deməkdir? Görünən odur ki, Azərbaycanda "5-ci kolon" hələ güclüdür. Hələ də Rusiya və İranın adamları müəyyən vəzifələrdə qalmaqdadır. Məqsədləri dövlətin xalq üçün gördüyü işlərə kölgə salmaq, əhali arasında narazılıq yaratmaqdır. Bu məsələlərə ciddi yanaşmalıyıq. Xalqına, millətinə ögey münasibət sərgiləyən məmur dərhal vəzifədən uzaqlaşdırılmalıdır. Deputatlardan xahiş edirəm ki, qınağı dayandırmasınlar və konkret adlar çəksinlər. Ayrı cür mümkün deyil".
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024