Sosial / Slayd (26-01-2023, 08:12)
Kərəm Mustafayev nədə İTTİHAM OLUNUR?
Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayevin dindirilmək üçün Bakıya aparıldığı bildirilir. Mediatv.az bildirir ki, bu haqda "Gündəlik Naxçıvan"a Ordu Qərargahındakı mənbə məlumat verib. Məlumata görə, Kərəm Mustafayev yanvarın 20-də Bakıya aparılıb və indiyə kimi geri qaytarılmayıb. Onun, Naxçıvanda xidmət edən hərbçilərin mətbuat vasitəsi ilə yaydıqları məlumatlar və şəxsi şikayətlər əsasında dindirildiyi bildirilir.
Naxçıvanda xidmət keçən bir qrup zabit, bir müddət öncə "Gündəlik Naxçıvan" vasitəsi ilə ictimaiyyətə və DTX-ya müraciət ünvanlamışdı. Zabitlər, Kərəm Mustafayevin özbaşınalıqlarından, onları necə təhqir etməsindən, ordudakı rüşvət, korrupsiya və digər qanunsuzluqlardan şikayət edirdilər. Hərbçilər, DTX-dan bu özbaşınalıqların araşdırılmasını xahiş etmişdilər.
Qərargahdakı mənbə bildirir ki, Kərəm Mustafayevlə birlikdə Ümumqoşun Orduya aid bəzi sənədlər də yoxlanılmaq üçün Bakıya aparılıb:
"Artıq, cümə günündən etibarən Bakıdadır. Onun saxlanılması, yaxud sərbəst qalması ilə bağlı heç bir məlumatımız yoxdur. Ancaq, dəqiq bilirk ki, dindirilməyə aparılıb. Bu xəbər çox məxfi saxlanılırdı. Lakin, onun Bakıdan qayıdışı çox uzun çəkdi deyə, şübhələr yaratdı. Artıq, gizlədə bilmirlər. Son vaxtlar zabitlər onun özbaşınalıqları haqda mətbuata çoxlu məlumatlar verirlər. Şəxsən rəsmi şikayət edənlər də var. Bu səbəbdən ola bilər. Ancaq, əsas səbəb odur ki, general Vasif Talıbovun adamıdır. Talıbov gedibsə, o da getməlidir. Kərəm Mustafayevin həbs olunacağı da gözlənilir".
Bir neçə gün öncə, Naxçıvanda hərbi qulluqda olan bir qrup zabit, Kərəm Mustafayevin idarəçiliyinə etiraz olaraq, ordudan tərxis olunmaq üçün müvafiq qurumlara ərizə yazmışdı.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024