Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (24-01-2023, 09:12)
Vasif Talıbov qızıllarını ölkədən BELƏ DAŞIYIR - ŞOK TƏFƏRRÜAT




Qırmızı Körpü keçid məntəqəsindən Gürcüstana qaçaq yolla 5 kilo qızıl keçirmək istəyən yük maşını və sürücüsünün saxlanıldığı bildirilir. Qızıl, avtomobilin kabinəsindəki döşəyin içərisində gizlədilibmiş. Sürücünün ifadəsi alındıqdan sonra məlum olub ki, az əvvəl, hərəsində 5 kilo qızıl olan iki başqa yük maşını gömrük məntəqəsindən Gürcüstan tərəfə keçə bilib. Sərhədçilərin müdaxiləsindən sonra, həmin yük maşınları sürücüləri ilə birlikdə Azərbaycan tərəfinə təhvil verilib. Hadisə ilə bağlı cinayət işinin açıldığı, hər 3 sürücünün həbs olunduğu bildirilir. Mediatv.az bildirir ki, bu haqda "Gündəlik Naxçıvan"a həbs olunan sürücülərdən birinin yaxın qohumu məlumat verib. Onun sözlərinə görə, həmin qızılların Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbova aid olduğu bildirilir:
" Bu iş, Vasif Talıbova yaxın, adını çəkmək istəmədiyim yük daşıma şirkətlərinin biri ilə görülüb. Həmin şirkətin rəhbəri və qızılı daşıyan sürücülər də naxçıvanlıdır. Hadisə bir neçə gün öncə baş verib. Deyilənə görə, bu birinci deyilmiş və indiyə kimi xeyli qızıl Gürcüstana keçirilib. Qızılı Gürcüstanda təhvil alan Vasif Talıbovun adamlarından biridir və onun hadisədən sonra qaçıb, aradan çıxdığı bildirilir. Yazıq sürücüləri inandırıblar ki, bu məsələ yuxarılara razılaşdırılıb. Bu səbəbdən, onlar qızılı keçirməyə razılaşıb. Hər dəfəsində onlara 200 manat söz veriblər. Yəni, 5 kilo qızılı keçirmək üçün cəmi iki yüz manat. Sürücülərin telefon danışığı izlənilib və onlar ələ keçiblər. İşin sonu necə olacaq, bilmirik".
Məsələyə münasibət öyrənmək üçün Qırmızı Körpü keçid məntəqəsi ilə əlaqə qurmaq mümkün olmayıb.
шаблоны для dle 11.2

Xəbər lenti
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024