Sosial (13-01-2023, 16:10)
Azərbaycanda görünməmiş məhkəmə prosesi...
“Azimport” şirkətinin rəhbəri, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti Azər Əsgərova hədə-qorxu gəlib, onun yarım milyon manatını almaqda ittiham olunan Kamal Akimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib."Mediatv.az" teleqraf.com-a istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cnayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Kamal Akimov ifadə verib.
İttihama görə, Kamal Akimov Azər Əsgərovun özünü və ailə üzvlərini öldürməklə hədələyib, ondan 500 min manat pul alıb.
Təqsirləndirilən şəxs ittihamı əsassız sayır. Onun Səbail rayonu, Ziya Yusifzadə küçəsi,8 (keçmiş Xanlar küçəsi) ünvanında yerləşən 146 kvadrat metrlik qeyri-yaşayış sahəsini söküblər. Sonradan razılaşdıqları kimi ona 500 min manat veriblər.
Kamal Akimov bildirib ki, 10 il öncə “Azimport” şirkəti onun sənədli əmlakını söküb, kompensasiya ödəməyib. İllərlə məhkəmələrə, müxtəlif dövlət orqanlarına şikayət edib.
Son nəticədə 2016-cı ildə Azər Əsgərovla 800 min manata razılaşıblar. Bunun da 500 min manatını ödəyib, qalan 300 min manatını isə verməyib. Qalan məbləği ondan dəfələrlə tələb etsə də, Azər Əsgərov onu ödəməkdən imtina edib. Sonda isə ondan hüquq-mühafizə orqanlarına şikayət edib, indiyədək alınmış 500 minin özü və ailəsi hədələndiyinə görə verildiyini göstərib.
Kamal Akimov bildirib ki, sözügedən obyekti 2008-ci ildə alıb. 2012-ci ilin sentyabrında qardaşı ona xəbər verib ki, obyekti sökürlər: “Qardaşım məndən soruşdu ki, oranı satmısan? Dedim ki, yox. Dedi, oranı sökürlər. Yarım saata özümü ora çatdırdım. Mənə dedilər ki, buranı almışıq. Soruşdum, necə almısız? Buranın sahibi mənəm, onu heç kimə də satmamışam. Anlaşılmazlıq olduğunu bildirdilər, getdilər. Axşam eşitdim ki, yenə sökürlər. Getdim, bu dəfə də dedilər ki, operatorlar səhv edib, sağdakı obyektin əvəzinə soldakını söküblər. Rəşad Məmmədova (Bayraq Meydanının keçmiş rəhbəri, “Azimport” şirkətinin ona məxsus olduğu iddia edilirdi) zəng elədim. Çünki söküntünü aparan maşınların bir neçəsinin üstündə “Azimport”loqosu vardı. Rəşad Məmmədov mənə dedi ki, biz orada iş görsək də, söküntünün bizə aidiyyəti yoxdur”.
Kamal Akimovun sözlərinə görə, o, daha sonra məhkəməyə müraciət edib. 4-5 il məhkəmə çəkişməsi getsə də, onun xeyrinə qərar verilməyib. Paralel olaraq, o, dövlət orqanlarına da şikayət edib: “2016-cı ildə mənimlə əlaqə saxlayıb, görüşmək istədiklərini bildirdilər. Azər Əsgərov gəlib görüşdü. Onda mənə sökülmüş obyektimin əvəzində 500 kvadratlıq obyektin 200 kvadratlıq hissəsini təklif etdi. Belə razılaşdıq ki, özü satsın onu. Mənə elə 800 min pul versin. 500 mini hissə-hissə verdi. Qalan 300 mini vermədi. Bir müddət sonra telefonları da açmadı. Sonra dedi, get, nə istəyirsən, elə. Mən qanuni yolla haqqımı tələb eləmişəm. Əlimdə əmlakımın “Azimport” tərəfindən sökülməsini sübut edən video var. Ona görə də “Azimport”dan pulumu tələb etmişəm, bu gün də tələb edirəm”.
Zərərçəkmiş qismində tanınan Azər Əsgərov isə deyib ki, Kamal Akimov yalan danışır. Onu və ailə üzvlərini hədələyib, avtomobillə qarşısını kəsib, bir neçə dəfəyə 500 mini alıb.
Kamal Akimov isə heç kimin qarşısını kəsmədiyini, qarşı tərəfin onun pulunu verməmək üçün həbs etdirməyə çalışdığını deyib
Növbəti prosesi yanvarın 26-da davam edəcək.
Kamal Akimov Cinayət Məcəlləsinin 182.3.2 (külli miqdarda hədə-qorxu ilə tələb etmə) maddəsilə ittiham olunur.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025

























