Sosial (10-01-2023, 11:42)
Vəkilin ofisindən oğurluq edildi: Vilayət Eyvazov xüsusi GÖSTƏRİŞ VERDİ
Mediatv.az xəbər verir ki, bunu vəkil Vurğun Quliyev bildirib.
Onun sözlərinə görə, qısa müddət sonra polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində cinayəti törətmiş şəxs tutularaq istintaqa təhvil verilib.
Vəkil göstərilən diqqətə görə DİN və Vəkillər Kollegiyasının rəhbərliyinə təşəkkür edib.
"Bütün bu proseslər vəkillərin peşə bayramı - "Vəkil günü", həmçinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsinə təsadüf etdiyindən, cənab nazir bu diqqəti ilə kifayətlənməyərək öz adından ayrıca bayramımızı da təbrik etməklə məni və digər əməkdaşlarımızı növbəti dəfə qürurlandırdı. Baş verənlərin mənim 30 illik yubileyim ərəfəsinə təsadüf etdiyini də nəzərə alsaq, düşünürəm ki, sevincimin iki qat olduğunu təsəvvür etmək çətin olmaz. Bir vəkil kimi cənab nazirdən, həmçinin Nazirliyin digər əməkdaşlarından belə diqqət və qayğı görməyimiz hesab edirəm ki, başda cənab nazir olmaqla, adıçəkilən qurumun vəkilliyə və Vəkillər Kollegiyasına göstərdiyi yüksək hörmətin təzahürü olmaqla yanaşı, möhtərəm Prezidentimizin vəkillik institutunun inkişafı istiqamətində apardığı siyasətinin məntiqi davamıdır. Azərbaycan vəkilliyinə belə bir dəyərin verilməsində əməyi keçən bütün həmkarlarımıza, başda isə hörmətli sədrimiz cənab Anar Bağırova öz səmimi minnətdarlıqlarımı bildirirəm! Sədrimizə yorulmaz və fədakar fəaliyyətində uğurlar arzulayıram!", - deyə V.Quliyev qeyd edib.


























