Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Karusel (6-01-2023, 08:12)
Hacıqabul sakinləri ÇƏTİN DURUMDA - GİLEY




Hacıqabulun Talış kəndinin sakinləri kənd daxili yolların bərbad vəziyyətindən şikayətçidirlər.

Kəndin yolları yayda toz-dumandan, qışda zığ-palçıqdan keçilməz olur. Məlumata görə, son günlər yağan yağışlar səbəbindən su və palçıq gölməçələri yaranıb, yollar yenidən keçilməz olub.

Demək olar ki, Talış kəndinin yollarının palçığı qurumur. Yağıntıdan sonrakı günlərdə də palçıqlı yollar maneə yaratmaqda davam edir. Palçıqlı yollar evlərin sıx olduğu, dar məhəllələrdə olduğundan yaşayış üçün xüsusilə çətinlik yaradır.

“2500 nəfərə yaxın sakinin yaşadığı bu kənddə vəziyyət o yerə çatıb ki, məktəblilər divarlara söykənərək yolları keçməli olurlar. Yaranmış anormal, arzuolunmayan hal nəinki məktəblilərin piyada dərsə getməsinə, həmçinin avtomobillərin də hərəkətinə mane olur. Yaşlıların bu yollara çıxmasından isə danışmaq mümkün deyil”, sakinlər bildirir.

Sakinlər dəfələrlə yaranmış vəziyyətlə bağlı aidiyyatı qurumlara müraciət etsələr də, baxan olmadığını deyirlər. Bildirirlər ki, qış mövsümü yeni başlayıb, ancaq vəziyyət indidən acınacaqlıdır.

Öz hesablarına yolları bir neçə dəfə təmir etdirən sakinlər bələdiyyənin də yaxın durmamasından narazılıq edirlər. Aidiyyatı qurumun məsələni sükutla izləməsinin yolverilməz olduğunu hesab edirlər.

Talış sakinləri ara yolların bərbad vəziyyəyi ilə bərabər zibil probleminin mövcudluğunu da qeyd ediblər. Kənddə zibil konteyneri olmadığından zibillər ətrafa dağılır, zibilliyə toplaşan küçə itlərinin təhlükə mənbəyinə çevrilməsini də qaçınılmaz edir.

Məsələyə aydınlıq gətirmək üçün üz tutduq Talış kənd bələdiyyəsinə. Bələdiyyə sədri Adişirin Nəzərov nahar fasiləsində olduğu üçün suallarımızı telefon danışığında cavabladı. Bələdiyyə sədri məsələnin həlli üçün fondda vəsait olmadığını bildirdi.

Mediatv.az  mövzu ilə bağlı Belediyye.net-in sujetini təqdim edir:

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024