Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Karusel (22-10-2022, 08:17)
Dövlət qurumu 228 minlik tenderdə qanunu heçə saydı

Dövlət qurumu 228 minlik tenderdə qanunu heçə saydı


Mediatv.az-ın əldə etdiyi məlumata görə, sözügedən qurum P-3 kanalının beton üzlüyünün üzərindəki qurğularla birlikdə əsaslı təmiri ilə bağlı elan etdiyi tenderə yekun vurub.

Tenderin qalibi “Topxana Layihə İnşaat” MMC olub. Tərəflər arasında 228 478.68 manatlıq sözləşmə imzalanıb.

Məsələ burasındadır ki, müsabiqənin qalibinin külli miqdarda vergi borcu var. Belə ki, “Topxana Layihə İnşaat” MMC-nin hazırkı vergi borcu 26 186.25 manat təşkil edir.

Bu isə qanun pozuntusu deməkdir. İş burasındadır ki, “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələbləri vergi borcu olan şirkətlərin tenderdə iştirakını istisna edir.

Qeyd edək ki, Beyləqan Suvarma Sistemləri İdarəsinin rəisi Kərimov Azim Camal oğludur. Vergi borcu olan şirkətin isə qanuni təmsilçisi Bayramov Əli Kamal oğludur. Şirkət bu il 6 tenderin qalibi olub. Bu tenderlərin ümumi dəyəri iki milyon manatdan artıqdır.

Fotoda Azim Kərimov

Onu da  əlavə edək ki, Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tərkibində olan idarələrin təşkil etdiyi tenderlərdə tez-tez bu kimi qanun pozuntularına rast gəlinir.



шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024