Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Slayd / Təhsil (11-07-2022, 10:12)
DİM də belə narazılıq yaradır...

 Bu günlərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında qabiliyyət imtahanları keçirilib. Heykəltaraşlıq ixtisası üzrə imtahan verən abituriyentlərin böyük bir hissəsi imtahandan kəsilib. Heykəltaraş Elxan Zeynalovun sözlərinə görə, kəsilənlər heykəltaraşlıq üzrə imtahan verən abituriyentlərin təqribən 90%-ini təşkil edir.
Onun sözlərinə görə, Dövlət İmtahan Mərkəzinin (DİM) hər il qabiliyyət tələb edən imtahanlara gətirdikləri yeniliklərin əziyyətini abituriyentlər çəkir:
"Onların gətirdiyi yeniliklər uzun illər bu sahə üzrə hazırlaşan gənclərin həyatını məhv edir. Məsələn, mən 2014-cü ildə Rəssamlıq Akademiyasına qəbul olmuşam. Əvvəllər belə idi ki, imtahandan 1 ay qabaq imtahan komissiyası abituriyentin əl işlərini götürürdü. Abituriyentin əl işləri onları qane edirdisə, həmin ixtisas üzrə ona bilet verirdilər. Yəni, rəngkarlığa hazırlaşan abituriyent rəngkarlıqdan imtahan verirdi, heykəltaraşlığa hazırlaşan abituriyent isə heykəltaraşlıqdan imtahan verirdi".

Şikayətçinin sözlərinə görə, bu il isə qaydalar dəyişib. Necə deyərlər, Əlinin papağını Vəlinin başına, Vəlinin papağını Əlinin başına qoyublar:

"Tutaq ki, dizayner ixtisası üzrə imtahan verən abituriyent bal toplamadığı halda heykəltaraşlığa imtahan verib. Çünki, dizaynerliyin balı heykəltaraşlığın balından yüksəkdir, 80 baldır. Bizdə isə keçib balı 60-dır. Səksən balı toplaya bilməyənlər heykəltaraşlığa sənəd verirlər. Vəziyyət belə gətirib ki, yüksək bal toplaya bilməyən abituriyentlər birinci imtahanı rəsmdən veriblər. Onlardan 6 nəfər keçib. Amma onların ikinci imtahanı heykəltaraşlıqdan olacaq, onların bu ixtisasdan keçməyi sual altındadır".
Heykəltaraş bildirir ki, DİM əvvəlki qaydaları dəyişməklə çox böyük səhv edib:
"Mənim bir şagirdim - Oruc Qasımlı 7-ci sinifdən heykəltaraşlığa hazırlaşıb. Dörd ildir ki, heykəltaraşlıqla məşğul olur. Onun yerini başqası tutub. Hansı ki, o abituriyentin heykəltarşlıqdan xəbəri yoxdur. DİM-in qərarından belə çıxır ki, 5-ci ixtisas qrupundan imtahan verən, aşağı bal toplayan hər kəs heykəltaraşlığa qəbul oluna bilər. Tutaq ki, qəbul olundu, bəs sonra nə olacaq?"

Heykəltaraş bildirir ki, hazırda Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirən tələbələrin çoxu kənarda qalıb.
"Akademiyanın prorektorları Azad Zeynalov və Fuad Salayev dedilər ki, DİM akademiyanın səlahiyyətlərini tam əlindən alıb. İndi heç akademiyanın rekdoru Ömər Eldarovun da fikirlərini nəzərə almırlar", - deyə E.Zeynalov fikrini tamamlayıb.Mediatv.az-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzindən (DİM) Sputnik Azərbaycan-a bildirilib ki, heykəltəraşlıq komissiyası üzrə imtahanlar Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında keçirilir. İmtahan komissiyasının sədri də Ömər Eldarovdur. Sözügedən komissiya üzrə imtahan qaydaları 5 ildir ki, qüvvədədir və imtahan qaydaları müvafiq ali təhsil müəssisələri ilə razılaşdırılıb.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024