Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Slayd / Aktual (14-06-2022, 11:12)
Nazir NAŞI olanda BELƏ OLUR...

 May ayında havaların qeyri-sabit keçməsi yaylaqlara köçü gecikdirib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, təxminən 20 gündür qışlaqdan yaylağa doğru köç başlayıb. Zaqatala dağlarına qalxan çobanlar 100 kilometrə qədər yol qət etməli olurlar.
Bu bölgədə qoyunçuluq təsərrüfatının əsas qışlaq yeri Qax rayonunun Acınohur adlanan ərazisidir. Hər ilin oktyabr-noyabr aylarında təsərrüfatlar bura gətirilir və 6 ay müddətində qışlaqda bəslənilir. May ayında isə yenidən yaylağa üz tuturlar. Çoban Əli Danyarov deyir ki, bu il may ayının yağıntılı keçməsi köç prosesini bir qədər ləngidib. Bu cür isti havada yol getmək də xeyli çətindir.
"1000-1500 baş qoyunla köçürük. Min bir çətinliklə gedirik. Axşama dağlıq ərazinin ətəyinə çatıb orada gecələmək istəyirik. Sonra isə "Ruçixar" adlı zirvəyə gedəcəyik", - deyə Əli Danyarov bildirib.
Çobanları hazırda ən çox sevindirən qışdan və qışlaqdan çıxmalarıdır. Çünki, yaylaqda təbiət qoynunda həm də dincəlmiş olurlar. Zaqatala dağlarındakı yaylağa çatmaq üçün isə bir neçə günlük yolları qalıb. Çoban Qəhrəman Nəzərov bildirir ki, bu vaxt ərzində sürü yaxşı otarılmalıdır.
"Otlaq məsələsində də çətinlik çəkirik. Hazırda örüş yerləri yoxdur. Heyvanı yolboyu otarmalıyıq. Ac qalanda dayanmır", - deyə Qəhrəman Nəzərov əlavə edib.
Çobanların köç vaxtı üzləşdiyi əsas çətinliklərdən biri magistral yollardan keçməkdir. Çalışırlar ki, belə yollarda avtomobillərin hərəkətinə mane olmasınlar.
"Sürünü aparmalıyıq. Başqa yol da yoxdur. Elə yer var ki, magistralın kənarı taxıl və ya başqa birkilərin sahələridir. Güclə keçiririk oradan. Məcbur olub asfaltın üstü ilə gedirik. Bəzən sürücülər narazılıq bildirir, qışqırırlar" - Qəhrəman Nəzərov vurğulayıb.
Çoban Əsəd Fərhadlı isə deyir ki, köç bəzən itkilərlə də nəticələnir.
"Ən çox itkimiz magistral yolda olur. Düzdür həmişə olmasa da, 2-3 ildə bir baş verir. Ya hansısa avtomobil sürətlə sürüyə girir, bəzən gecə yuxulu gəlib girənlər olur. 4 il əvvəl bu cür qəzada 20 baş qoyunumuz tələf olub. Bəzən də qoyunlar vəhşi heyvanların ovuna çevrilir. Əsasən də gecələyəndə, yaxud da meşəlik ərazinin yaxınlığından keçəndə belə olur. Bunun üçün güclü itlər saxlayırıq. Sürünün yanında 7-8 it saxlayırıq. Amma onların da duyuq düşmədiyi anlar olur", - Əsəd Fərhadlı deyib.
Sürülərin yaylaqda bəslənməsi prosesi sentyabrın sonuna qədər davam edəcək.
 //sputnik.az//шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024