Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Slayd / Araşdırma (11-12-2021, 09:42)
Nazir müavini Orucəli Hacıyevin oğlunun biznes sihayisi

 



Mediatv.az  xəbər verir ki, araşdırmaçı-jurnalist Cavanşir Həsənli özünün “Feysbuk” səhifəsində Fövqaladə hallar nazirinin müavini Orucəli Hacıyevin oğlu Elvin  biznesi barədə maraqlı məlumat paylaşıb. Jurnalistin yazdığına və təqdim etdiyi sənədlərə görə, Kəmaləddin Heydərovun müavinləri də öz bossları kimi biznesə az maraq göstərmirlər. Belə ki Fövqaladə hallar nazirinin daha bir müavini Orucəli Hacıyevin oğlu Elvin Hacıyev də biznesdə öz "fövqəladə qabiliyyətlərini" baxın, necə göstərib.
ŞİRKƏTLƏR:
☑ "BOL SÜFRƏ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (2010-cu ildə BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ABBAS SƏHHƏT, ev 73 ünvanında hüquqi qeydiyyatdan keçib)
☑ "BABYLON-GROUP" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (2012-ci ildən BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, BÖYÜK QALA, ev 39, m. 7/8 ünvanında hüquqi qeydiyyatdadır)
☑ "BABYLON AQRO" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
☑ "BT PROJECT" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2014-cü ildə BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, BÖYÜK QALA, ev 39, m. 7/8 ünvanında hüquqi qeydiyyata alınıb).
☑ "APİ DELTA GROUP" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2013-cü ildə QAX RAYONU, LƏKİT kəndində hüquqi qeydiyyata alınıb).
TƏSƏRRÜFAT VƏ OBYEKTLƏR
✅ Bakınən Zirə qəsəbəsində 4.4 hektarlıq əsasən pomidor yetişdirilən İSTİXANA ("BOL SÜFRƏ" MMC);
✅ Qax rayonunda 2000 arı ailəsindən ibarət ARIÇILIQ TƏSƏRRÜFATI və BAL EVİ ("Api Delta Group);
✅ Şurabad qəsəbəsində 30 hektardan artıq sahədə süni göllərdən ibarət NƏRƏ VƏ SAZAN BALIĞI FERMASI ("Babylon Agro");
✅ SULTANAHMET KÖFTECİSİ - Səbayel rayonu Əbdülkərim Əlizadə küçəsi 16 ("Babylon Group");
✅ SULTANAHMET KÖFTECİSİ METROPARK (7-ci mərtəbə) - ("Babylon Group");
✅ SULTANAHMET KÖFTECİSİ PARK BULVAR (Ticarət Mərkəzinin 3-cü mərtəbəsi) - "Babylon Group");
???? "Babylon Group" eyniadlı köftəxanaları Batumidə, Qazaxıstan və Rusiyada da açmaq üçün brend sahibi olan GATE 25 RESTORANI ailəsi ilə razılıq əldə edib.
???? "Babylon Group" həmçinin Caspian Business Mərkəzində və Kaspi Litseyində katering xidməti göstərir.
✅ Xocalı prospektində, Dəmirçi Towerin 25-cı mərtəbəsində fəaliyyət göstərən GATE 25 bar-restoranı ("BT Project" MMC).
✅ Bakının "Torqovıy" kimi tanınan ərazisində, Rəsulzadə küçəsində fəaliyyət göstərən TARHUN RESTORANI ("Babylon Group")
✅ TARHUN (METROPARK) adı ilə daha bir restoran Təbriz küçəsindədir.
✅ Nazir müavininin oğlu nizamnamə kapitalı 11688495.00 AZN, illik dövriyyəsi 4 milyon dollar aşan TECHNOİL şirkətinin həmtəsisçisidir. TECHNOİL-un Sumqayıtda, Sülh küçəsində yerləşən müəssisəsi mühərrik və sənaye yağları istehsal edir.
✅ Elvin Hacıyev özünü film industriyasında da sınamağa çalışıb. "Sudan", "3 Otaq", "T of Generation", "Zərdüşt belə deyərdi" kimi qısa metrajlı film ve serialları hazırlayan
Babylon Film (ABŞ-da yaşayan rejissor Orxan Ata ve "Babylon Invest" tərəfindən yaradılıb.
???? Elvin Hacıyev bir dəfə müsahibəsində bildirib ki, restoran biznesi onun öz təşəbbüsü ilə formalaşıb, ancaq "Babylon Agro" və "Technol" ailəsindən gələn layihələrdir. Yəni bu biznes birbaşa Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyev aiddir.
 
шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024