Seymur İsrafil oğlu Quliyev parlamentin üzvü Əliabbas Qalib oğlu Salahzadəyə açıq məktub yazıb. Vətəndaş məktubunda ona məxsus olan özəl mülkiyyətin zəbt olunaraq deputat ailəsinin adına rəsmiləşdirilməsini, ilginc qanunsuzluqları diqqətə çatdırır.
Surəti redaksiyamıza göndərilən məktubu olduğu kimi təqdim edirik: “Əliabbas Salahzadə, məni çox yaxşı tanıyırsan. Bilirsən ki, atan Qalib Salahzadə mənə məxsus olan, Bilgəh qəsəbəsi, Aslan Salahzadə küçəsi 21 ünvanında yerləşən özəl mülklərimi talan edib, dağıdıb, yerlə bir edib. Torpağımı bu gün də işğal altında saxlayır. İllərdir ki, ”Şəbəkə" restoranının avtodayanacağı kimi istifadə edib pul qazanırsız. 2012-ci ildə atan Qalib Salahzadə tərəfindən mənə qarşı törədilənlər ermənilərin Qarabağda etdikləri ilə müqayisə oluna bilər. Bu acı həqiqətdir. 9 il əvvəl atan Bilgəhdə 2 mərtəbəli və 3 mərtəbəli evlərimi dağıdandan sonra özəl torpağımı sənin həyat yoldaşın, bütün Qafqazın şeyxi Allahşükür Paşazadənin qızının adına keçirdi, “kupça” aldı.
O gündən məhkəmələr torpağın mənə məxsus olmasını dəfələrlə təsdiq edən qərarlar veriblər.
Əliabbas Salahzadə, deyə bilməzsən ki, mənə qarşı atan Qalib Salahzadə tərəfindən törədilən ağır cinayətlərdən xəbərsizsən. Xəbərin var, bilirsən ki, haramçılıqla ələ keçirlən özəl mülkiyyətimi atan sənin uşaqlarının anasının adına keçirməklə özünü sığortalayıb. Amma sən də buna etiraz etməmisən. Deməmisən ki, bəs bizə haram mal lazım deyil. Əliabbas Salahzadə, məsələni qayınatana, hörmətli Şeyxə qədər çatdırmışam. O da yaxasını kənara çəkib. Düz 2 dəfə Qafqaz Müsəlmanları İdarəsinə gedib hörmətli Şeyxdən bu cinayətə, haramçılığa, talançılığa son qoymasını tələb etmək istəmişəm. Düşünmüşəm ki, halal-haram məsələlərini kim də bilməsə, Allahşükür Paşazadə tutduğu vəzifəyə görə bilməmiş deyil. Məni qəbul etmək, dinləmək belə istəməyib. Başa düşürəm, bir ata üçün qızının adına haram olması şübhə doğurmayan mülkün rəsmiləşməsi ağır məsələdir. Ən azı insanlıq naminə məni qəbul edib dinləyə bilərdi. Hakimimiz Allahımız olsun deyib, üçüncü dəfə Qafqaz Müsəlmanları İdarəsinə getmədim.
Əliabbas Salahzadə, sənə dağıdılan evlərimdən uşaqlarımın oyuncaqlarının harada olması haqda da suallar vermək istəyirəm. Bax elə sənin evində, bəli, yaşadığın evdə uşaqlarının oynadığı oyuncaqlar mənim övladlarımın ola bilər! Bəli, səhv oxumursan. Atan Qalib Salahzadədən soruş, öyrən gör, sənin evinə gətirdiyi oyuncaqlar mənim talanan mülkümdən deyil ki?
Bu gün mən, müstəqil Azərbaycanın vətəndaşı 9 ildir ki, feodalizm dövrünə aid üsulla özəl mülkümdən varvarcasına çıxarılmışam! Buna edən isə atan Qalib Salahzadədir. Atan mənə qarşı bu cinayətləri cibində deputat mandatı gəzdirdiyi günlərdə törədib.
O günlərdə parlamentə gedib qəbuluna yazıldım. Bəli, mülklərimin varvarcasına dağıdılması, özümün, ailə üzvlərimin, azyaşlı uşaqlarımın paltarlarının, oyuncaqlarının belə talanmasına görə ondan izahat istəyəcəkdim. Dedilər ki, Qalib Salahzadə heç kimi qəbul eləmir. Ona görə Zeynəb Xanlarovaya müraciət etdim. O da Arif Rəhimzadəyə yönləndirdi. Elə həmin gün mənə qarşı qanunsuzluğun miqyasının düşündüyümdən də geniş olduğunu anladım. Arif Rəhimzadə dedi ki, hər gün qəbuluna respublikanın hər tərəfindən 10-15 nəfər gəlir. Gələn şikayətçilərin də 4-5 nəfəri təkcə atan Qalib Salahzadədən və onun vaxtilə rəhbəri olduğu Bilgəh bələdiyyəsindən şikayətçidir.
Əliabbas Salahzadə, bir məsələni də bilməyini vacib sayıram. Mən Azərbaycan dövlətinə inanıram, güvənirəm. Bilirəm ki, gec-tez mənə qarşı baş verənlərə görə atan da, onun cinayətinə susqunluq nümayiş etdirdiyinə, zəbt edilməsi şübhə doğurmayan torpağımın ailənin adına keçirildiyinə görə sən də qanun qarşısında cavab verəcəksiniz. Mən Allahın ədalətinə, dövlətin gücünə əminəm.
P.S. Məktubda adı hallanan hər bir kəsi dinləməyə hazırıq.
“Yeni Müsavat”
Xəbər lenti
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024