Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Slayd / Aktual (11-05-2021, 09:12)
Lavrov hansı təkliflərlə gəlib və Bakının mövqeyi dəyişəcəkmi?

Lavrov hansı təkliflərlə gəlib və Bakının mövqeyi dəyişəcəkmi?
"Prezident İlham Əliyev Bakıda Lavrovu qəbul etdi. Putinin Lavrov İrəvanda olarkən Putin Ərdoğana, Bakıya gəldiyi gün İlham Əliyevə zəng etməsi rusların yeni istəklərinin olduğu ehtimalını önə çıxarır".

"Sherg.az" xəbər verir ki, bu barədə politoloq Asif Nərimanlı bildirib. O qeyd edib ki, Baydenin “soyqırımı” ifadəsi ilə Ermənistana “qapıları açması”, ardınca Blinkenin Əliyevə zəngi Amerikanın regiona qayıtmaq istəyindən xəbər verir və Moskvanı narahat edən əsas amil budur. Lavrovun regiona səfərinə bu kontekstdə baxa bilərik:

"Rusiya İrəvan və Bakıda “saatları yenidən dəqiqləşdirir”, regiondakı razılaşmaların icrasına sadiqliyi yerində yoxlayır. Lavrovun İrəvanda Zəngəzur dəhlizi və İrəvanın “hərbi əsir” dediyi diversantlarla bağlı Ermənistana yaxın mövqedən çıxış etməsi ABŞ-ın biolaboratoriyalarına rus mütəxəssislərin daxil olmasına icazə verəcək memorandumu imzalayan Paşinyan hakimiyyətinə jesti idi. Bakıda balanslaşdırılmış mövqe görəcəyik.
Rusiya 10 noyabr və 11 yanvar razılaşmalarına sadiqliyi istəyirsə, bunun üçün ilk növbədə Bakının erməni qoşunların çıxarılması tələbini nəzərə almalı olacağını anlayır. Moskvanı narahat edən 10 noyabr razılaşmasının 4-cü bəndinin yerinə yetirilməsindən sonra Qarabağdakı əsas kartlarından birini itirməsidir.
1.Rusiya erməni qoşunların çıxarılmasından sonra Qarabağdakı maraqlarının təhlükə altına düşməyəcəyinin zəmanətini almaq istəyir, xüsusilə Bakı və Ankaranın rus sülhməramlılarının 5 ildən tez bölgədən çıxması istəkləri fonunda;
2. Xankəndidəki separatçıların taleyinin necə olacağını müəyyənləşdirmək istəyir;
Putinin Lavrov İrəvanda olarkən Ərdoğana, Bakıya gələrkən Əliyevə zənginin səbəbi də budur. Və mümkündür ki, Moskva Qarabağda separatçıları - onlar üzərindən öz maraqlarını - qorumaq üçün yeni təkliflər irəli sürür. Bu kontekstdə İlham Əliyevin Lavrovun gəldiyi gün “Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur” bəyanatı Bakının mövqeyini dəyişməyəcəyinin ifadəsidir. Lavrovun Bakıda erməni diversantları, “İsgəndər M” haqda açıq qalan sualları da müzakirə edəcəyi gözləniləndir".
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024