Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (30-04-2021, 19:00)
İki gün İrəvanda, iki gün Bakıda: - Lavrov Bakıya hansı təkliflərlə gəlir?

 Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov mayın 10-11-də Azərbaycanda işgüzar səfərdə olacaq.

O, Bakıya gəlməzdən öncə mayın 5-6-da Ermənistana səfər edəcək. Sergey Lavrovun Azərbaycan rəhbərliyi ilə danışıqlar aparacağı bildirilsə də, hansı məsələləri müzakirə edəcəyi hələ açıqlanmayıb.

Ancaq danışıqlarda Dağlıq Qarabağdakı vəziyyətin başlıca müzakirə predmeti olacağı güman edilir. Siyasi ekspertlərin fikrincə, Lavrovun müxtəlif vaxtlarda İrəvana və Bakıya səfərlər etməsi onun hansısa Azərbaycana təkliflərlə gələcəyindən xəbər verir. Lakin bu təkliflərin Azərbaycanın maraqlarına cavab verəcəyi inandırıcı görünmür.

Son zamanlar Dağlıq Qarabağdakı situasiya ətrafında xüsusilə Rusiya və ABŞ arasında geosiyasi rəqabətin artması müşahidə olunur. ABŞ Dövlət katibinin köməkçisinin müavini Corc Kentin Dağlıq Qarabağdakı sülhməramlıların fəaliyyətini tənqid etməsinin ardınca Rusiyadan Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv etmək çağırışlarının səslənməsi Vaşintonun bölgədə Rusiyanın hərbi təsirinin artmasından narahatlığını əks etdirirdi. Bunun ardınca Rusiya və Fransa prezidentlərinin Dağlıq Qarabağ məsələsinə dair birgə variant hazırlaması barədə verdiyi açıqlama əslində, ABŞ-ın Cənubi Qafqazdakı geosiyasi fəallığının qarşısını almağa hesablanmış addım idi.

Ona görə də Amerika Prezidenti Co Bayden qondarma erməni soyqırımını tanıyan bəyanat verməklə Rusiyanın bu regionda güclənmiş mövqelərinə qarşı Paşinyan hökumətinin vasitəsilə siyasi demarş təşkil etdi. ABŞ-ın Dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevə zəng edərək İkinci Qarabağ müharibəsindən sonra yaranmış vəziyyəti müzakirə etməsi rəsmi Vaşinqtonun narahatlığını ifadə edir.

Bu baxımdan, S.Lavrovun regiona səfər etməsi Kremllə Bayden administrasiyası arasında geosiyasi qarşıdurmanın tərkib hissəsi sayıla bilər.

Politoloq Fikrət Sadıqov Cebhe.info-ya açıqlamasında bildridi ki, Sergey Lavrovun səfəri Azərbaycana müsbət nəticələr vəd etmir:

“Onun əvvəlcə İrəvana getməsi də Rusiyanın Ermənistanla müttəfiqlik münasibətlərini davam etdirdiyini göstərir. Son vaxtlar ABŞ, Rusiya və Fransa bölgədə fəallaşıb. Görünür, Azərbaycanın bu qələbəsi bir çox dairələri narahat edir. Onlar ilk növbədə, post-münaqişə dövründə atacağı addımları təhlil etmək istəyirlər. Azərbaycanın və Ermənistanın yanaşmaları öyrənilir. Digər tərəfdən, aparıcı ölkələr arasında qarşıdurma müşahidə olunur. İlk növəbəd, mən Rusiyanı və ABŞ-ı nəzərdə tuturam. Onların siyasəti Minsk qrupunun fəaliyyətinə bənzəyir. Bu ölkələr yenə də Ermənistanın başını sığallamaqla məşğuldur.

ABŞ Prezidenti “soyqırım” məsələsini qaldırır, Fransada ermənipərəst fikirlər səsləndirlir. Bu da Rusiyanın fəallaşmasına səbəb olur. Rusiya bölgədə aparıcı oyunçu kimi rolunu davam etdirmək istəyir. Ona görə də Lavrovun səfərinin Azərbaycana divident gətirəcəyi inandırıcı görünmür. Rusiyanın aktivliyi ilk növbədə, özünün maraqlarına cavab verir. Sadəcə olaraq, Rusiya və ABŞ regionda öz mövqeyini möhkəmlətmək istəyir. Rusiya çox istərdi ki, üstün mövqeyə malik olsun və bir sıra məsələlərin həlli onun adı ilə bağlı olsun”.

Politoloq qeyd etdi ki, Azərbaycan öz torpaqlarını işağldan azad etməklə məqsədinə nail olub. İndi Azərbaycana diplomatik uğurlar əldə etmək üçün Rusiya və ABŞ kimi dövlətlərlə münasibətləri normal səviyyədə saxlamaq lazımdır:

“Hər hansı bir təxribat bu ölkələrdən bizə müsbət heç nə gətirməyəcək. Ona görə də Blinkenlə Azərbaycan Prezidentinin telefon danışığında müsbət amillərə toxunulub. Söhbət zamanı “Cənub Qaz Dəhlizi”, Minsk Qrupunun fəaliyyəti kimi məsələlər müzakirə edilib. Çox güman ki, dövlət başçımız Azərbaycanın prinsipial mövqeyini ABŞ-a çatdırıb. Belə bir kontekstdə Lavrovun İrəvana və Bakıya səfər etməsi başa düşüləndir.

Rusiyanın bölgədə sülhməramlı qüvvələri var və onlar öz şansını itirmək istəmir. Regionda uzun müddət qalmaq, bir sıra proseslərdə iştirak etmək onların əsas məqsədidir. Azərbaycan isə münaqişədən sonrakı dövrdə bərpa-quruculuq işlərinə nail olmağa çalışır. Ölkəmiz istəyir ki, bu məsələdə bizə mane olmasın”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
20 09 2024
20 09 2024