Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Slayd / Araşdırma (27-03-2021, 10:28)
Havadakı inhisarçılıqdan NECƏ QURTULMALI... - ARAŞDIRMA

 



“Azərbaycanın Hava Yollarında (AZAL) avia bietlərin qiymtərlərinin baha olmasının səbəbi tələbatın olması, rəqabətin olmaması, qiymət siyasətini şirkətin özbaşına müəyyn etməsi və oyun qaydalarının öncədən bəlli olmamasıdır”. Bunu “Turan”ın “Çətin sual” proqramının 2021-ci il 25 mart tarixlui “AZAL-ın “göylə gedən qiymətləri” mövzusuna həsr edilmiş buraxılışında iqtisadşı-ekspert Natiq Cəfərli bildirib.

Ekspert deyir ki, hətta ölkədə bir neçə aviaşirkət fəaliyyət göstəsə də onlar AZAL-la razılşaıb işləyirlər, əks halda bu bazardan xaric edilə bilərlər. İqtisadçı nümunə olaraq vurğulayır ki, Gürcüstanda 12 aviaşirkət fəaliyyət göstərir, daha iki şirkətlə də müqavilə imzalanmaına hazırlaışır: “Gürüstan hakimiyyəti öncədən xidmətlərin, biletlərin qiymətini müəyyən edir. Bizdə isə əksinədir, şirkət bazara öz iradəsini diktə edir”, deyə ekspert bildirir.

Onun deməsinə görə, AZAL biletlərin qiymətlərinin bahalaşdıırlmasını reyslərin sayının azalması ilə izah etmk istəyir: “Bakı-İstambul reysləri həmişə dolu gedib gəlir. Bu sahə ekspetləri deyirlər ki, əgər müəyyən istiqamət üzrə biellərin 70%-i satılırsa o xətt rentabelli saylır, hətta qazanca çıxa bilər”.

Ekspert əlavə edir ki, bu sahədə ən bahalı olan təyyarələrin alınmasıdır və həmin təyyarələri AZAL üçün dövlət alır. Onun fikrincə, yerdə qalan benzin, xidmət və s. o qədər maliyyə tələb etmir: “Bununla belə AZAL ziyanla işləyir: “Bunu da deyim ki, 2018-ci ildə dövlət büdcəsindən AZAL-a 210 milyon manat vəsait ayırlıb. 2020-ci ilin əvvəlində isə 80 milyon manat dotasiya verilib. Bütün bunun müqabilində AZAL-ın ziyanla işləməsi hələ davam edir. Bakıdan İstambula xüsusi reyslərlə uçuş üçün biletin gediş-gəliş qiyməti 890 manat, test xərci də əlavə edilsə 1000 manata çatır. Halbu ki, pandmeiyadan öncə bundan çox ucuz idi”, deyə ekspert bildirir.

O, deyir ki, qiymət bahalığına görə, Azərbaycandan uçmalı olan şərnişinlərin beşdə biri 2018-19-cu illərdə Gürcüstandan bilet alaraq Türkiyəyə uçmağa üstünlük vermişdilər.

Ekspert deyir ki, pandemiya dövründə dünyanın aviaşirkətləri müştəri cəlb etmək üçün endirimli uçuşlar həyata keçirirlər, Azərbaycanda isə AZAL qiymətləri bahalaşdırır və istədiyi qiyməti diktə edir.

İqtisadçıya görə, şirkətin özəlləşdirilməsi də vəziyyətdən çıxış yolu deyil, bu halda təyyarələrin ora-bura satılması kimi təhlükə var. Onun fikrincə. burada dövlət və özəl şirktələrin birgə iştirakı faydalı ola bilər, həm də bütünülükdə idarəetmə sistemi dəyişməlidir.

“Vəziyyətdən çıxış yolu, AZAL-ın inhisarnın aradan qaldırılrmasında, şəffaf oyun qaydalarının öncədən müəyyən olunmasında, şirkətin auditdən keçirilməsində, xərclərin və gəlilərin müəyyən olunmasındadır”, deyə eskpert çıxış yolunu göstərir.

O, əlavə edir ki, Azərbaycann bölgələrində təyyarə limanları var və yenilərinin tikilməsi nəzərdə tutulur, odur ki, bu hava limanları da təyinatı üzrə fəaliyyətə başlamalıdır.



шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024