Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “A and J Jiftintq” MMC ilə maliyyə dəyəri 101 021.22 AZN təşkil edən iki müqavilə bağlayıb. Reportyor.info xəbər verir ki, müqavilələrdə uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət planına əsasən 2021-ci il üzrə işlərin aparılması və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci üzrə öhdəliyində olan Dövlət Proqramlarının müvafiq bəndlərinin (Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı” ; “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı” Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı) icrası məqsədilə işlərin təşkili nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “A anad J Jifting” MMC 16 noyabr 2005-ci ildə qeydiyyata alınıb. Nizamnanə kapitalı 2 051 0540 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Murtuza Muxtarov küçəsi, ev 9, mənzil 30-da yerləşir. MMC-nin qanuni təmsilçisi Məhərrəmzadə Əlibala Səttar oğludur.
Şirkətin 16 ildir fəaliyyət göstərməsinə baxmayaraq açıq mənbələrdə barəsində hər hansı məlumat yoxdur. MMC-nin qanuni təmsilçisinə gəlincə, Əlibala Məhərrəmzadə kifayət qədər tanınmış simadır. O, iqtisad elmləri namizədi, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Göründüyü kimi Əlibala Məhərrəmzadə həm də biznes fəaliyyəti ilə məşğuldur. Onun adına başqa bir şirkət də qeydiyyatdadır. Söhbət “Kaspian Audit Kompany” MMC-dən gedir. Hər halda Əlibala Məhərrəmzadə məlumatlarda o əsasən bu şirkətin direktoru kimi təqdim edilir. Maraqlıdır ki, Əlibala müəllim müstəqil auditor kimi audit fəaliyyəti ilə məşğul olsa da, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Fəaliyyət planında nəzərdə tutulmuş işlərin icrasını da həyata keçirə bilir.
Komitə başqa bir şirkətlə də iki müqavilə imzalayıb. Bu, “TZ-Stone” MMC-dir. Ümumi məbləği 207 161.8 AZN olan müqavilələrdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətinə uyğun işğaldan azad olunmuş ərazilərdə işlərin aparılması və müharibədən zərər çəkən ailələrə dəstəyin həyata keçirilməsi və 15 may Beynəlxalq Ailə Bayramı gününə həsr olunmuş silsilə tədbirlərin təşkili nəzərdə tutulur.
“TZ-Stone” MMC 21 may 2020-ci ildə qeydiyyata alınıb. Hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Rahib Məmmədov, ev 6, mənzil 59-da yerləşən şirkətin nizamnamə kapitalı 50 AZN-dir. MMC-nin qanuni təmsilçisi isə Həsənova Zərifə Paşa qızıdır.
Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından da göründüyü kimi bu şirkət səmi 9 aydır yaradılıb. Bu müddət ərzində hər hansı satınamalda iştirakı barədə məlumat yoxdur. MMC-nin qanuni təmsilçisi haqqında da açıq mənbələrdə heç bir qeydə rast gəlinmir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyəti cəmiyyətdə birmənalı qarşlanmır. Komitənin sədri keçmiş vitse-spiker Bahar Mradovadır. Ondan əvvəl isə quruma deputat Hicran Hüseynova rəhbərlik edib. Onun 14 illik rəhbərliyi dövründə komitənin fəaliyyəti demək olar ki, hiss olunmayıb. Gözlənilirdi ki, Bahar Muradov sələfindən fərqlənəcək. Lakin yenə də Komitə ictimai müzakirələrdə ən çox tənqid olunan qurumlardan biri kimi qalır. Xüsusilə, qurumun məişət zorakılığına qarşı mübarizə sahəsində ciddi tənqidlərə tuş gəlir. Qadın hüquqlarının müdafiəçiləri qurumu işinin öhdəsindən gələ biməməkdə ittiham edir. Bununla belə, göründüyü kimi bu iş üçün büdcədən vəsaitlər də ayrılır…
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024