Fransa II Qarabağ müharibəsinin Azərbaycanın parlaq qələbəsi ilə başa çatmasını hələ də həzm edə bilmir. Amma bu sırada rəsmi Parisin tək olmadığı yavaş-yavaş üzə çıxır.
Belə ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin iddia edib ki, Vaşinqton hazırda erməni və Azərbaycan xalqları arasında nifaq salmağa çalışır: “Onlar erməniləri Dağlıq Qarabağdakı sülhün İrəvan üçün məğlubiyyət olduğuna inandırmağa çalışırlar. ”Sona qədər müharibə" zəruriliyi fikrini ortaya atırlar, azərbaycanlılara isə deyilir ki, Azərbaycan Ordusu Xankəndini götürməyə bir addım qalanda Kreml onların “qələbəsini oğurlayıb”.
İndi isə Rusiya televiziyaları ABŞ-ın düşüncə mərkəzlərinə istinadən bir sıra diqqətçəkən xəbərlər yayırlar. İddia olunur ki, Vaşinqtonun anlaşmadan uzaq saxlanılması Rusiyanın və Türkiyənin mövqelərini Qafqazda gücləndirib. Ehtimal olunur ki, ABŞ-ın sadiq müttəfiqi Fransanın da son vaxtlar araqarışdırması (Ərdoğana həqarətlər yağdırılması, Senatda gorbagor “Artsax”ın tanınması müzakirəsi) bu səbəbdəndir.
Daha bir ciddi iddia da ondan ibarətdir ki, bu dairələr həm də indi ona çalışır ki, Rusiya və Türkiyə hansısa məqamda Qarabağda qarşı-qarşıya gəlsinlər və qan tökülsün. Beləliklə, Türkiyə yenidən üzünü Qərbə doğru çevirsin.
Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a açıqlamasında dedi ki, üç dəfə atəşkəsdə yeganə məqsəd Ermənistanı darmadağın olmaqdan xilas etmək idi: “Halbuki Ermənistan ərazilərimizi işğal edəndə bu ölkələr səslərini belə çıxarmadılar. Hətta BMT-nin dörd qətnaməsinin icra olunmamasına indi yaxalarını cıranlar heç bir etiraz etmədilər. İndi açıqca görünür ki, bir sıra dövlətlər Azərbaycanın öz torpaqlarını azad etməsini, BMT qətnamələrini yerinə yetirməsini istəmirlər. Biz atəşkəsə razı idik, amma bir şərtlə ki, Ermənistan ərazilərimizdən çıxmalı, çıxma ilə bağlı qrafiki Azərbaycana verməli idi. İlk vaxtlar bunu düşmən etmədi və Azərbaycan da döyüş meydanında onu buna məcbur etdi. Azad etdiyimiz ərazilər hər kəsə məlumdur. Biz ərazilərimizi bütünlüklə hərbi əməliyyatlarla azad edəcəkdik. Sadəcə, Rusiyanın təkidi ilə Moskva bəyannaməsi imzalandı. Onun da müddəaları məlumdur. Burada Amerika və Fransa Rusiyanı qınadı ki, guya Kreml Həmsədrlik İnstitutunun prinsiplərinə uyğun hərəkət etməyib, prosesləri öz əlinə almaq məqsədilə bu cür separat sövdələşməyə gedib. Amma beynəlxalq təşkilatlar bu razılaşmanı qəbul ediblər. Sadəcə, bundan fransızlar çox narahatdırlar. Müharibənin ilk günlərindən Fransa şər-böhtan xarakterli dəhşət doğuran mövqelər sərgiləyirdi. Fransa mətbuatı, bəzən alman mətbuatı ”ağa qara" deyirdilər. Bir sözlə, Avropanın Azərbaycanın əks-hücum əməliyyatına verdiyi qiymət daha çox qarayaxma üzərində idi. İndiki atəşkəs vaxtında onların əsas cəhdləri odur ki, qondarma rejimi tanısınlar, Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına şərait yaratsınlar. Biabırçılıq bundan ibarətdir".
Politoloq Amerikanın yenidən müharibənin başlanmasını istəmədiyini düşünür: “Ümumiyyətlə, zənn etmirəm ki, hansısa qüvvələr hər iki ölkədə millətçi qüvvələrin vuruşmasını istəsin. Onlar, sadəcə, əvvəlcədən ona görə ədalətsiz mövqe tutdular ki, Azərbaycanın öz torpaqlarını azad etmək üçün əks-hücum əməliyyatına başlamasını istəmirdilər, ermənipərəst mövqedən çıxış edirdilər. İndi atəşkəs əldə olunub və məncə, ABŞ buna heç bir etiraz etmir. Bir növ hələ ki Amerika neytrallıq nümayiş etdirir. Ən çox aranı qarışdıran Fransadır. Buna səbəb də bu ölkədə erməni lobbisinin mövqelərinin güclü olmasıdır. Fransa meriyası deyir ki, qondarma rejimi tanıyacağıq. Eyni mövqeni nümayiş etdirən senat artıq bu məsələni müzakirə edəcək. Emmanuel Makronun mövqeyi heç də fərqlənmir. Bu məsələlərdə prezidentin partiyası çox fəallıq nümayiş etdirir. Əslində meydanı qızışdıran da onlardır. Paris meriyasının rəhbəri Makronun partiyasına daxildir. Fransa Avropanın ən millətçi ölkəsidir. Millətçiliyin ən qəddar forması olan şovinizm məhz bu ölkədə yaranıb. Rəsmi Paris heç bir etikaya sığmayan şəkildə Ermənistanı müdafiə edir. Artıq ərazisi mövcud olmayan qondarma ”Dağlıq Qarabağ Respublikası"nı belə açıq müdafiə etməkdən çəkinmir. Özü də bu dövlət Azərbaycanın ərazi bütövlüyünü qəbul edib. Eyni zamanda BMT Təhlükəsizlik Şurasının üzvü kimi qurumun qəbul etdiyi dörd qətnaməyə səs vermiş ölkədir. Amma burada istisna etmirəm ki, bir sıra Avropa ölkələrinin Rusiya, Almaniya da daxil olmaqla mediaları prosesləri baş-ayaq izləyirlər, gedən proseslərə müxtəlif don geyindirirlər. Baş verənlərdə Qərbi Avropa dövlətləri ikili standartlardan, xristian təəssübkeşliyindən çıxış edirlər".
Q.Hüseynli Rusiya və Türkiyəni üz-üzə gətirmək istəyən qüvvələrin olduğunu istisna etmir: “Amerika, Fransa və bəzi Avropa ölkələri Türkiyə ilə Rusiyanı Cənubi Qafqazda toqquşdurmağa çalışırlar. Burada Kremlin müəyyən ambisiyaları da özünü göstərir. Sülhməramlı qüvvələr məsələsində Rusiya Türkiyəni yaxına buraxmaq istəmir. Dağlıq Qarabağda türk sülhməramlılarının yerləşməsinə mane olmağa çalışır. Yalnız Monitorinq Mərkəzi deyilən yerdə türk qüvvələrinin yerləşdirilməsini istəyir. Bu məsələlərdə Türkiyə-Rusiya arasında yaranan fikir ayrılıqlarından istifadə edərək tərəfləri qızışdırmağa çalışırlar. Amma Rusiya və Türkiyənin sülhməramlılardan istifadə etməklə bağlı ciddi təcrübələri var. Bu özünü Suriya, Liviya kimi yerlərdə göstərib. Düşünürəm ki, Dağlıq Qarabağ məsələsində də Rusiya hegemonluğa can atmayacaq və Qafqaz ölkəsi kimi Türkiyənin bölgədə öz təsirini qorumasına, yaxın müttəfiqi Azərbaycana dəstək vermək üçün imkanlarından istifadə etməsinə şərait yaradacaq”.
“Yeni Müsavat”
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024