Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Slayd / Araşdırma (14-11-2018, 19:40)
Ağdamın kollecin milyonçu direktoruna xidməti maşını kim verib? -Fotolar

 Bu ilin iyununda Ağdamın Quzanlı qəsəbəsində 02 AA 071 dövlət nömrə nişanlı, "Nissan" markalı avtomobillə 63 BA 537 dövlət nömrə nişanlı, “Moskviç” markalı maşın toqquşub

“Nissan” Ağdam Musiqi Kollecinin xidməti maşını imiş. Qəza baş verən zaman kollecin direktoru Laura Ağayeva da avtomobildə olub.




Onun hadisə yerindən fotosu KİV-də tirajlanıb. Təbii ki, keçmiş olsun demək lazımdır. L.Ağayeva bu qəzadan şükür ki, sağ-salamat ötüşüb. 

Ancaq sual doğuran məsələ kollec direktorunun dövlət nömrə nişanlı AA seriyalı xidməti maşında gəzməsidir. Axı kollec təhsil ocağıdır və hansı təhsil müəssisəsi müdirinə xidməti avtomobil ayrılır?

L.Ağayeva isə xidməti maşınla gəzir. Görünür ki, ona rayon rəhbərliyi səviyyəsində bu dəstək verilib. Halbuki, Ağdamda məktəb direktorları, peşə liseylərinin müdirlərinin xidməti maşını yoxdur.

Aydın məsələdir ki, Ağdam Musiqi Kollecinin direktoru Laura Ağayeva rayondə ən zəngin, dəbdəbəli, həyat tərzi sürən məmurlardandır. 

Yəni ölkənin bir neçə yerində danışmaz əmlaka (evlərə) sahib olan direktorun özünün olduğu kimi övladlarınında əmrində bahalı avtomobillər xidmətkardır. 

Hələ bu azmış kimi yaxın zamanlarda KİV-lərin birində “Qaçınkom” tərəfindən evlə təmin olunan ağdamlı məmurlar sırasında adı hallanırdı.

Dövlət tərəfindən inşa edilmiş köçkün qəsəbələrində məcburi köçkünlərin haqqı olan evlərdən birinə də Laura Ağayeva sahibələnib. Halbuki xanım direktor özünə Bərdə şəhərində həmin evlərinin ən azı beşinin simeta dəyərində ev tikdirib. 

Hələ bu azmış kimi öz sürücüsünü də evlə təmin edib. Bir sözlə bu qədər mülkə sahib olan, özü və yaxın qohumları (ailə üzvləri) bahalı məkanlarda istirahət edib dəbdəbəli geyim-keçim, zinət əşyalarından və avtomobillərdən istifadə edən kollec rəhbərinin bu pullara hardan sahiblənməsi mediada araşdırılıb.

BTV.az yazıb ki, direktorun əsas gəlir mənbələrindən birinin tələbələrin “aylıq haqqı”nın olduğubildirilib. Bəlkədə çoxlarını ilk dəfədir ki, təhsil sistemində belə bir ifadə eşidirsiniz. Bəli, “aylıq haqqı”…

Cahan.info sözügedən sayta istinadən yazır ki, Ağdam Musiqi Kollecində tələbələr arasında qızlar daha çox üstünlük təşkil edir. Həmin tələbələrin isə böyük əksəriyyəti ölkənin müxtəlif rayonlarındandır. 

Onlar Ağdama gəlib kira haqqı ödəməkdənsə “aylıq haqqı” ödəməyə daha çox üstünlük verirlər. Buna da kollec rəhbərliyi iki əllə razı olur. Adının çəkilməyini isdəməyən şəxsin dediklərinə görə “aylıq haqqı” müəyyən qiymətlərdə olur. 

Yəni əgər tələbə cəmi bir ay gəlməyəcəksə həmin bir ayın “ödənişi” bir necə ay gəlməyən tələbənin “ödənişindən” fərqli, yəni bir az çox olur. 

Qiymətlərə gəldikdə isə həmin qiymətlər yuxarı da qeyd olunduğu qaydalara uyğun olaraq 50-150 manat arasında dəyişir. 

Bu da həm valideyinlərə həm də bu “təşəbbüslə” tələbələrə “xeyirxahlıq” edən direktora sərf edir. Bu sadalanan faktlar müəssisənin ən böyük gəlir mənbələrindəndir. 

Yəni ölkədə savadlı gənclərin yetişdirilməsinə zidd olan yolla, dövlət siyasətinə qarşı çıxmaqla əldə olunan gəlirlər. 

Əldə olunan gəlirləri xamın direktorun tək yemədiyi də əməkdaşımızın əldə elədiyi məlumatlar arasında baş qaldırır. Burada işi təşkil edənlər və icraçılar da öz nəsiblərinə yiyələnirlər. Direktor, onun müavini və “iş tutanlar”…

Kollecdə baş alıb gedən özbaşınalıqlar bununla bitmir. Valideyinlərin hər cür əziyyətə qatlaşıb övladlarının təhsili üçün soyulub soğana çevrildiyi bu yolun son duracağı “Diplom alma” mərasimidir.

Yuxarıda qeyd etdiyimiz “soyulma” ifadəsi heç də təsadüfü deyil. Bizimlə həmsöhbət olan mənbəmiz onu da qeyd etdi ki, kollec imtahanlarını pulsuz vermək mümkün deyil. Yəni şərtlər necə olur olsun direktorun haqq-hesabı çatdırılmalıdır. 

O ki qaldı “diplom alma” törəninə həmin mərasim də pulsuz baş tutmur. Bütün hallarda diploma görə 300 manat “nəmər” ödənilməlidir.

Kollecin qarşısı əsasən məktəblə aidiyyatı olmayan gənclərin toplanma mərkəzi olur. Avtoxuliqanların tüğyan elədiyi müydan məhs kollecin qarşısı olur. Bu da qız övladları olan valideyinlərin ciddi narazılığına səbəb olur. 

Hətta dəfələrlə kollec qarşısına toplanan gənclərin kütləvi dava dalaşlarına da rast gəlinib. Amma nədənsə illərdir rəhbərlik buna qarşı heç bir addım atmır. Mənbə ironiya ilə ehtimal edir ki, bu hallar rəhbərliyə sərf edir. 

Çünki bunu görən qız tələbələrin valideyinləri uşaqlarını Ağdam Musiqi Kollecinin dili ilə desək “aylığa” çıxarmağa razılaşırlar.(cahan.info) 

Qarşı tərəfi dinləməyə hazırıq.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024