Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Slayd / Araşdırma / Redaktor seçimi (4-11-2018, 20:37)
Bakı-Tiflis Qars layihəsi niyə tam işə düşə bilmir?

Bakı-Tiflis Qars layihəsi niyə tam işə düşə bilmir?

Bir neçə gün əvvəl Azərbaycanın mühüm regional layihəsi olan Bakı-Tiflis-Qars dəmir yolu xəttinin istismara verilməsinin bir ili tamam oldu. Uzun illər ərzində tikintisi gedən bu xəttin açılış mərasimində Azərbaycan və Türkiyə prezidentləri, Qazaxıstan, Gürcüstan və Özbəkistanın baş nazirləri, Tacikistan və Türkmənistanın nümayəndə heyətləri iştirak edib.

Qeyd edək ki, xəttin inşasına 2007-ci ildə başlanıb. 838 km-lik tarixi İpək Yolunu canlandıran Bakı-Tiflis-Qars xəttininin 503 km-i Azərbaycan, 259 km-i Gürcüstan, 76 km-i isə Türkiyə ərazisindən keçir. BTQ Azərbaycan neftini dünya bazarına daşıyan Bakı-Tiflis-Ceyhan kəmərindən sonra regionun ən böyük layihəsidir və Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan önəmlidir. Bu xəttin işə düşməsi ilə dəmiryolu vasitəsi ilə Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə etmiş oldu.

Layihənin Gürcüstan ərazisinə düşən hissəsinin maliyyələşdirilməsinə Azərbaycan tərəfindən 775 milyon ABŞ dolları kredit ayrılıb. Kreditin 200 milyon dollarlıq birinci hissəsi illik dərəcəsi 1 faiz olmaqla uzadılma imkanı ilə 25 il müddətinə, 575 milyon dollarlıq ikinci hissəsi isə illik dərəcəsi 5 faiz olmaqla uzadılma imkanı ilə 25 il müddətinə verilib. Ölkə Prezidentinin 2007-ci ildə imzaladığı sərəncama uyğun olaraq, “Bakı-Tiflis-Qars yeni dəmir yolu” layihəsinin maliyyələşdirilməsini Dövlət Neft Fondu həyata keçirir. Fonddan verilən məlumata görə, oktyabrın 1-nə qədər layihə çərçivəsində Dövlət Neft Fondu tərəfindən 652,1 milyon dollar, o cümlədən cari ilin üç rübü ərzində 9,8 milyon dollar vəsait ayrılıb.

Ancaq təəssüf ki, belə böyük həcmdə vəsaitlər ayrılmasına baxmayaraq, Bakı-Tiflis-Qars xəttilə bağlı nəzərdə tutulan bütün işlər vaxtında başa çatdırılmayıb. Tikintisinə 10 ildən çox vaxt gedən, 1 milyard dollardan artıq vəsait xərclənən Bakı-Tiflis-Qars dəmiryol xəttinın açılış mərasimi ötən il həyata keçirilsə də, yol istismara hələ də tam hazır deyil. Bunun nəticəsidir ki, dəmiryol xətti ilə hələ də sərnişindaşımanı təşkil etmək mümkün olmayıb.

cavid qurbanov

Halbuki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov açılış ərəfəsində mətbuata açıqlamalarında bu ilin yayından Bakı-Tiflis-Qars dəmiryol xətti ilə artıq sərnişindaşımalarının həyata keçiriləcəyini deyirdi: “Oktyabrın 30-da (2017) dövlət başçılarının iştirakı ilə Bakı-Tiflis-Qars dəmiryolunun yük qatarlarının hərəkəti üçün açılışını edirik. Sərnişindaşımanın hərəkəti gələn il (yəni, bu il-red.) baş tutacaq. Çünki bunun üçün 30 ədəd vaqon sifariş edilib”.

Amma indi məlum olur ki, Qurbanov bu vədi tələsik verib. Ümumilikdə 1 milyard dollardan artıq pul xərclənən layihədə işlər hələ də tam başa çatmayıb. Bunu da elə mətbuata açıqlamasında Cavid Qurbanov özü deyib. Belə ki, Cavid Qurbanovun bir müddət əvvəl yayımlanan müsahibəsindən aydın olur ki, yolla yükdaşımalar aparılsa da, sərnişindaşımaya başlamaq gələn ildən tez mümkün olmayacaq. Hətta bəzi iddialara görə, sərnişindaşıma 2020-ci ildən tez həyata keçirilməyəcək. Bunun səbəbi isə 3 il əvvəl C.Qurbanovun adlarını çəkmək istəmədiyi “bəzi adamların səhlənkarlığı üzündən” sərnişin vaqonlarının alınmasına dair sifarişin vaxtında icra olunmamasıdır: “Vaqonların alınması ilə bağlı 3 il əvvəl saziş imzalanıb. Lakin adını çəkməyəcəyim bəzi adamların səhlənkarlığı üzündən saziş sonadək işlənməyib. Sonra mən cənab prezidentə müraciət etdim, o, tapşırıq verdi, əlavə maliyyə mənbəyi tapıldı. Bundan sonra vaqonların hazırlanmasına başlanır, bu da haradasa 7-8 ay çəkəcək. O vaqonlar xüsusi vaqonlardır. Çünki bizim ərazimizdə yol enlidir, Türkiyə ərazisində isə dardır. Həmin vaqonlar bu dəyişikliyə uyğunlaşdırılmış formada olacaq. Yəni təkərləri avtomatik daralacaq, çox yeni texnologiyadır, ilk tətbiq edənlərdən biri bizik”.

C.Qurbanov ad çəkməsə də, onun sabiq nəqliyyat naziri Ziya Məmmədovu hədəfə aldığını müəyyən etmək elə də çətin deyildi. Düzdür, Cavid Qurbanovdan əvvəl “Azərbaycan Dəmir Yolları” QSC-yə Arif Əsgərov rəhbərlik edib. Ancaq belə layihələrin həyata keçirilməsində söz sahibi Ziya Məmmədov olub. Həm həmin vaxt “Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tərkibində olduğundan, həm də Arif Əsgərovu vəzifəyə Ziya Məmmədov təyin etdiyindən onun belə məsələlərdə müstəqil qərar verməsi faktiki mümkün deyildi. Təbii ki, Cavid Qurbanov da bundan xəbərdardır. Ona görə də, “Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq rəhbərliyini deyil, “adlarını çəkmək istəmədiyi bəzi adamları” ittiham edir. Başqa sözlə, üstüörtülü şəkildə Ziya Məmmədovu hədəfə alır.

arif-və-ziya

Qeyd edək ki, Məmmədov-Əsgərov tandemi yalnız səhlənkarlıqda deyil, dəmiryolunda həyata keçirilən iri korrupsiya əməliyyatlarında da ittiham olunub. Onların Azərbaycanın dəmir yolu sistemini necə bərbad vəziyyətə qoyduqları, necə talayıb dağıtdıqları haqda indiyədək çox yazılıb. Hətta ötən il İsveç polisi “Bombardier” korporasiyasının işçisini korrupsiyada şübhəli bilərək saxlamışdı, bir neçə nəfər isə Azərbaycanın dəmir yolu müqaviləsi ilə əlaqədar sorğuya cəlb edilmişdi. Söhbət Qars-Bakı dəhlizi üzrə 46 stansiya üçün dəmir yolu siqnalizasiyaların alınmasından gedirdi. İsveç polisinin araşdırmalarından bəlli oldu ki, alınan avadanlıqların yekun dəyəri 5.5 dəfə şişirdilib və nəticədə 85 milyon pul yeyilib.Belə böyük mənimsəmələrin olduğu layihənin vaxtında və keyfiyyətlə başa çatdırılmaması təəccüblü deyil, əlbəttə!

Ancaq maraqlıdır, əvvəla, Cavid Qurbanov Bakı-Tiflis-Qars dəmiryol xətti ilə bağlı açılış ərəfəsində bu ilin yayından sərnişindaşımalarının həyata keçiriləcəyini deyəndə bunları bilmirdimi? Bilirdisə, niyə əsassız vəd verirdi?

İkincisi, ortada böyük korrupsiya faktlarına dair iddiaların olduğu halda Cavid Qurbanov niyə bunu səhlənkarlıq deyə ötüşdürür? Buna görə məsuliyyət daşıyanlarla bağlı nəinki hüquq-mühafizə orqanlarına müraciət edir, hətta adlarını belə ictimaiyyətə açıqlaya bilmir. Niyə?

Bəlkə ona görə ki, Cavid Qurbanovun ehtiyat etdiyi nələrsə var? Axı uzun illər bir yerdə işləyiblər…

1421306401_01

Hər halda Qurbanovun ad çəkməkdən imtina etməsini dar vaxtlarında onun əlindən tutan Ziya Məmmədova “vəfa borcu” ilə əlaqələndirmək çətindir…

Rasim
AzPolitika.info

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024