Slayd / Araşdırma (31-08-2022, 10:30)
Təhsil fırıldaqçılarından necə qorunmalı? - SİYAHI
Yerli təhsil müəssisələrinə qəbul imtahanı və ixtisas seçimi başa çatsa da, xarici universitetlərə tələbə qəbulu prosesi hələ davam edir. Bu ərəfədə müxtəlif şirkətlər “Xaricdə yalnız attestatla təhsil” reklamlarıyla az bal toplayan abituriyentlərin xaricdəki universitetlərə qəbulunu təşkil edirlər.
Belə şirkətlər əsasən Türkiyə, Rusiya, Qazaxıstan kimi ölkələrdə yerləşən özəl universitetlərə yalnız attestatla qəbul şansı vəd edirlər. Ancaq bu zaman müxtəlif işbazların, dələduzların tələsinə düşənlər də az olmur. Belə ki, əvvəlcədən Azərbaycanda həmin universitetlərin verəcəyi diplomların tanınmasıyla bağlı heç bir problem olmayacağı vədini verən bu cür şirkətlər 4 ilin sonunda tələbə universiteti bitirib, diplomunu ölkədə təsdiqlədə bilməyəndə yoxa çıxırlar.
Məlumat üçün qeyd edək ki, hazırda xaricdə təhsil alan azərbaycanlı tələbələrin sayı 40 min nəfərdən artıqdır. Ancaq internet resurslarında və dövlət qurumlarının açıqlamalarında bu 40 min nəfərdən neçəsinin attestatla xaricdə təhsil aldığına dair məlumata rast gəlmədik. Lakin hamıya bəllidir ki, hər il minlərlə abituriyent tək attestatla xarici universitetlərdə təhsil almağa yollanır. Bu il də həmin sayın kifayət qədər yüksək olacağı istisna edilmir. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) ixtisas seçimiylə bağlı açıqladığı məlumatlar da təsdiqləyir.
DİM-dən verilən məlumata görə, bu il ixtisas seçimində 70429 abituriyent iştirak edəcək. Qruplar üzrə ixtisas seçiminə ayrılan yerlərin, müraciətlərin və qəbul planından kənarda qalacaq şəxslərin sayı aşağıdakı kimidir:
I qrup: 16419 yerə 22331 nəfər müraciət edib, 5912 nəfər kənarda qalacaq;
II qrup: 12232 yerə 14642 nəfər müraicət edib, 2410 nəfər kənarda qalacaq;
III qrup: 15157 yerə 17692 nəfər müraciət edib, 2535 nəfər kənarda qalacaq;
IV qrup: 3980 yerə 5237 nəfər müraciət edib, 1287 nəfər kənarda qalacaq;
V qrup: 4093 yerə 10527 nəfər müraciət edib, 6434 nəfər kənarda qalacaq.
Göründüyü kimi, ixtisas seçimi müsabiqəsində iştirak edən 70 min 429 abituriyentin 18 min 578-i yerli universitetlərdə təhsil ala bilməyəcək. Bu, kifayət qədər böyük rəqəmdir. Şübhəsiz ki, yerli ali təhsil müəssisələrinə qəbul ola bilməyənlərin böyük əksəriyyəti attestatla xarici universitetlərə müraciət edəcəklər.
Məlumat üçün onu da qeyd edək ki, xaricdə təhsil alan hər bir şəxs Azərbaycana qayıtdıqda ölkə ərazisində ali təhsil sənədini tanıtmalı və ixtisas ekvivalentini müəyyən etdirməlidir. Çünki qanunla xaricdə təhsil alan şəxsin diplomu Azərbaycan ərazisində tanınmırsa(nostrifikasiya olunmayıbsa), həmin şəxsin diplomu keçərsiz sayılır.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) iyul ayı üzrə xaricdə təhsil almış şəxslərin diplomlarının tanınması üzrə açıqladığı hesabatda bildirilib ki, ötən ay üzrə 415 müraciətin 350-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 65 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 21, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 18, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 16, digər səbəblər üzrə 10 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb. Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 181, Türkiyə Respublikasından 100, Ukraynadan 55, Gürcüstandan 23, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 11, digər ölkələrdən isə 45 müraciətin olduğu müşahidə olunur.
TKTA-dan verilən məlumata görə, təkcə 2021-ci ildə xaricdə təhsil alan 743 nəfərin diplomun tanınmasıyla bağlı etdiyi müraciətə mənfi rəy verilib.
Bəs tələbələr bu cür proeblemlərlə qarşılaşmamaq üçün nələrə diqqət etməlidirlər?
Bu mövzuyla bağlı Təhsi eksperti Kamran Əsədov “AzPolitika.info”-ya şərhində bildirib ki, xarici ölkələrdə təhsil alan tələbələri bir neçə qrupa bölmək olar: “Birinci qrupa Dövlət İmtahan Mərkəzinin(DİM) keçirdiyi qəbul imtahanlarında az bal toplayaraq yerli universitetlərə qəbul ola bilməyənlər daxildir. Onların sayı hədsiz dərəcədə çoxdur. Bu kateqoriyaya aid olan şəxslər daha çox Türkiyə, Ukrayna, Rusiya və Gürcüstan kimi ölkələrin universitetlərində təhsil almağa üstünlük verirlər. Səbəb isə odur ki, onlar bu universitetlərdə prestijli ixtisaslarda təhsil alsalar belə, qeyri-qanuni yollarla təhsillərini başa vura biləcəklərindən xəbərdardırlar. Bu ölkələrdə təhsil almağa gedənlərin əksəriyyəti – hüquq, maliyyə , iqtisadiyyat kimi ixtisaslara üstünlük verirlər.
İkinci kateqoriyanı o şəxslər təşkil edir ki, onlar Azərbaycanda ali məktəblərə qəbul olunurlar, amma aldıqları təhsil onları qane etmir. Ona görə də daha yaxşı təhsil almaq üçün xarici ölkələrə üz tuturlar. Müəyyən şəxlər də var ki, Azərbaycanda təhsil haqları yüksək olduğu üçün daha ucuz təhsil haqqı olan ölkələrə gedir. Bu şəxslər daha çox Türkiyə, Macarıstan, və digər Avropa ölkələrinin universitetlərinə üz tuturlar. Seçdikləri ixtisaslar – tibb, kompüter və ya informasiya texnologiyaları, nano texnologiya kimi ixtisaslar olur.
Digər kateqoriyaya isə “Xaricdə təhsil Dövlət Proqramı” çərçivəsində xarici ölkələrdə təhsil almağa gedənlər daxildir. Bu proqram çərçivəsində daha çox azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədi güdülür”.
Ekspert qeyd edir ki, bu sahədə ən ciddi problemlərdən biri xarici ölkələrdə təhsil alanların diplomlarının tanınmasıyla bağlıdır: “Bəzən bu, xaricdə təhsil xidməti göstərən şirkətlərin şəxsi kommersiya maraqları ucbatından baş verir. Belə ki, bu şirkətlər lisenziya müddəti bitmiş və akreditasiyası olmayan universitetlərə qəbul həyata keçirir. Məsələn, valideyinlər bilməlidir ki, övladlarını Türkiyədə qiyabi təhsil almağa göndərirlərsə, həmin diplom birmənalı olaraq tanınmayacaq. Çünki Türkiyədə qiyabi təhsil yoxdur. Bundan başqa, tələbələr oxumağa getdikləri ölkədə qiyabi təhsil alacaqlarsa, semester ərzində azı 15 gün, əyani təhsil alacaqlarsa 90 gün həmin ölkənin ərazisində olmalıdırlar.
Bunlarla yanaşı xarici ölkələrdə oxumağa gedənlər o ölkənin tədris dilini bilmirlər ki, bu da sonradan onların diplomlarının tanınması zamaı maneə yaradır”.
Ekspert son vaxtlar sosial şəbəkələrdə, radio və televiziya kanallarında xaricdə təhsillə bağlı təklif olunan elanların sayının artdığını bildirir: “Ölkədə xarici ölkələrə tələbə qəbulu xidməti göstərən şirkətlərin heç birinin Təhsil Nazirliyi ilə bağlantısı yoxdur və rəsmi lisenziya almayıblar. Sadəcə olaraq, vergi ödəyicisi kimi qeydiyyatdan keçib xidmət göstərirlər. Valideyinlər və abituriyentlər bilməlidirlər ki, xaricdə təhsil xidməti göstərən şirkətlərin hansısa üstünlüyü yoxdur. Onlar özləri də, istədikləri xarici universitetin saytından qeydiyyatdan keçib tələb olunan sənədləri göndərməklə bu prosesi həyata keçirə bilərlər.
Təəssüf ki, insanların çoxunu təhsil yox, məhz diplom maraqlandırır. Ona görə də onlar “imtahansız xaricdə təhsil” fırıldaqçılarının könüllü qurbanına çevrilirlər. Alacaqları diplomun yiyələnməli olduqları təhsildən daha önəmli olduğunu düşünürlər. Lakin ölkəyə qayıdıb fərqli mənzərə ilə qarşılaşanda artıq gec olur. Çox vaxt bu cür diplomlar tanınmır və vətəndaşların 4-5 ildə tökdükləri pul havayı getmiş olur. Çünki ölkə qanunvericiliyi bu yolla “təhsil” alıb ölkəyə qayıdanların diplomunu rəsmən tanımır. Təəssüf doğuran məqamlardan biri də budur ki, insanlar kütləvi şəkildə bu şirkətlərə müraciət edirlər. Fırıldaqçıların girovuna çevrilməkdə valideynlərin məsuliyyətsizliyi də böyük rol oynayır. Onlar məlumatsızlıq ucbatından övladlarının təhsilini, onların gələcəyini öz maraqlarına – diplom sevdasına qurban verirlər”.
Onu da qeyd edək ki, Təhsildə Keyfiyyət Agentliyinin rəsmi saytında mütəmadi olaraq diplomu tanınmayan şəxslər haqqında bir sıra detallar açıqlansa da, əsas məsələ, yəni, imtina alanların hansı universitetdə təhsil aldıqlarıyla bağlı məlumatlar paylaşılmır. Nəticədə tələbələri bu məlumatlardan məhrum edən qurum dələduzların işini bir qədər də asanlaşdırmış olur.
Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə sorğu ünvanlasaq da, heç bir cavab ala bilmədik.
Xatırldaq ki, Azərbaycan ərazisində xarici dövlətlərin ali təhsil sahəsində ixtisalarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə tənzimlənir. Bu qərara əsasən, Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən diplomu tanınmayan tələbələrin məhkəməyə müraciət etmək hüququ var.
TKTA diplomların tanınmasıyla bağlı problem yaşanan universitetlərin adını açıqlamasa da, məsələnin aktuallığnı nəzərə alaraq internet resurslarındakı açıq mənbələrdən əldə etdiyimiz məlumatları oxucuların diqqətinə çatdırıq. Son illər daha çox aşağıdakı universitetlərin diplomlarının tanınmasında problemlər yaşanıb:
Avropa Universitetləri (Gürcüstan);
Tbilisi Açıq Tədris Universiteti;
Odessa Dövlət Ekologiya Universiteti;
Tbilisi Humanitar Tədris Universiteti;
Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Universiteti;
“Sinergiya” Moskva Maliyyə-Senaye Universiteti;
Poltava İqtisadiyyat vəTicarət Universiteti;
Voljsk Dövlət Su Nəqliyyatı Universiteti;
Simon Kuznets adına Xarkov Milli İqtisad Universiteti;
Konaşevi-Saqaydaçnıy adına Kiyev Su Nəqliyyatı Universiteti;
Dağıstan Dövlət Universiteti;
Cənubi Rusiya Humanitar İnstitutu;
Sankt Peterburq Xarici İqtisadi Əlaqələr və Hüquq İnstitutu;
Rusiya Dövlət Sosial Universiteti;
Moskva Dövlət Açıq Universiteti;
Rusiya Regionlararası Heyətin İdarəolunması Akademiyası;
Rusiya Müasir Humanitar Akademiya;
Rusiya “YUJDAQ” İnstitutu;
Dnepropetrovsk Milli Universiteti;
Rusiya Hüquq və İdarəetmə Akademiyası (İnstitut);
Anadolu Universiteti. //azinforum.az//

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024