Siyasət / Slayd (30-08-2022, 10:06)
Yeni Laçın yolundan 2 sentyabrda terrorçular keçəcək? - NƏ ETMƏLİ?

Yeni Laçın yoluna hələ nəzarətimizin olmamasının ilk fəsadlarını, elə yolun açılışının ilk günlərindən görə bilərik. Xankəndindəki separatçı rejim sentyabrın 2-də qondarma rejimlərinin elan olunmasının 31 illiyini qeyd etmək niyyətindədir. Keçən il ağır məğlubiyyətdən sonra 30 illik qondarma yubileylərini yas mərasimi kimi keçirib, qəbristanlığı ziyarət etməklə kifayətlənən ermənilər bu il 2 sentyabrı “bayram tədbirlərinin keçirilməsi” kimi qeyd etməyi planlaşdırırlar. Tədbirlərdə iştirak etmək üçün İrəvandan siyasilərin də gəlişi gözlənilir, xüsusilə parlament üzvlərinin iştirakı barədə artıq bəzi mövqelər mediada müzakirə olunur. Erməni parlament üzvləri Qarabağa gəlməkdə həvəsli görsənməsələr də, təxribat naminə müxalif fraksiyadan bəzilərinin gəlməsi barədə fikirlər səslənib, baxmayaraq ki, elə həmin gün İrəvanın Fransa meydanında müxalifət mitinq keçirəcəyini elan edib.
2 sentyabrda siyasilərin gəlişi sual altında olsa da, Paşinyan hakimiyyətinə müxalif daşnakların təxribat xarakterli səfərləri mütləq olacaq və Qarabağ ermənilərinin beyinlərinə minalar yerləşdirib yalançı ümidlərlə “mübarizəyə davam” təbliğatını aparcaqlar. Bu gəlişləri ilə yeni yolun onlar üçün maneə olmadıqlarını sübut etməyə çalışacaqlar. Vaxtilə Norayr Mirzoyan nəzarət məntəqəmizə qumbara atdığı kimi, daşnakların da belə bir silahlı diversiya törədəcəyi bu günlər üçün tamamilə mümkün variantlardan biri ola bilər. Buna görə də, Azərbaycan Rusiya sülhməramlılarının komandanlığına xəbərdarlıq etməli, sentyabrın ilk günlərində sərhəddə xüsusi rejim tətbiq edilməsini, hətta üç gün ərzində yalnız birtərəfli çıxışa icazə verilməsini tələb etməlidir. Səbəb isə terrorçuların həmin günlərdə Xankəndinə gəlib diversiya törətmək planları barədə əməliyyat məlumatlarına malik olmamızla əlaqələndirilməlidir. Hesab edirəm ki, bu günlər məhdud giriş-çıxış rejimi tətbiq edilərsə gələcək təxribatlardan qismən sığortalanmış olarıq və psixolji təsir öz effektini göstərmiş olar.
31 avqust Brüssel görüşünü də qısqanclıqla qarşlayan qüvvə və tərəflər məhz bu görüşün pozitivliyinə xələl gətirmək məqsədilə də həmin günlər təxribatlar törətməyə cəhd edə bilərlər. Bir sözlə, yeni yolun istifadəyə verilməsinin ilk günlərində yeni problemlərin qarşısını almaq üçün Azərbaycanın Rusiya hərbi kontingentini xüsusi xəbərdar etməsi məqsədəuyğundur.
İlham İsmayıl //moderator.az//

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
22 06 2025
22 06 2025
22 06 2025
22 06 2025
22 06 2025
22 06 2025
22 06 2025
22 06 2025