Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (11-08-2022, 19:39)
Beyləqan Xəstəxanasının direktoru Nürəngiz Bəşirova cinayətdən kənarda qalmağa çalışır...

 Respublika Baş Prokurorluğunun diqqətinə
RealMedia.az saytının baş redaktoru Ramin Məhəmmədoğlu özùnūn facebook səhifəsində Beyləqan Mərkəzi Xəstəxanasının direktoru Nurəngiz Bəşirovanın fəaliyyətindən yazır. O bildirir
ki, hazırda Beyləqan rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışan Nürəngiz Bəşirova 2005-ci və 2017 ci illərdə Xocavənd Mərkəzi Xəstəxanasının baş həkimi işləyərkən çoxsaylı yeyintilərə, korrupsiya cinayətlərinə yol verib.
Xocavənd Mərkəzi Xəstəxanasının baş həkimi işləyərkən törətdiyi çoxsaylı cinayət əməlinə görə,  2005-ci ildə Ağcabədi Rayon Prokurorluğunda Nürəngiz Bəşirovaya və xəstəxananın bir neçə işçisinə qarşı Cinayət Məcəlləsinin 179.2.3. (öz qulluq mövqeyindən istifadə etmək) və 313. (vəzifə saxtakarlığı) maddələri üzrə cinayət işi açılıb. Məlumata görə, həmin cinayət işində Nürəngiz Bəşirova doğulmayan uşaqların adına saxta sənəd hazırlamaqla onlara ayrılan müavinətləri mənimsəməkdə ittiham olunub. Hətta istintaqın yekununda təqsirilənənlərə yeni ittihamların irəli sürüldüyü bildirilir.
Ancaq xocavəndlilərin dediyinə görə, Xocavənd rayonunun icra başçısı Eyvaz Hüseynovun mùdaxiləsi, təkidli müraciətindən sonra Ağcabədi Rayon Prokurorluğu Nürəngiz Bəşirovaya açılmış cinayət işini ört basdır edib. Lakin 2017-ci ildə Nürəngiz Bəşirovanın sağlamlığı ilə bağlı problem yaranıb və müalicə kusu keçdiyi bir vaxtda Xocavənd Mərkəzi Xəstəxanasında aparılan yoxlama zamanı yenə də ciddi maliyyə mənimsəmələrini ùzə çıxıb.
Vəziyyətin ciddiliyini anlayan icra başçısı Eyvaz Hüseynov məcburən Nürəngiz Bəşirovanı işdən çıxarır və bu dəfə də Mərkəzi Xəstəxanada aşkar edilən maliyyə pozuntuları icra başçısının köməyilə, çox çətinliklə də olsa, ört basdır edilir. Bu hadisədən bir il sonra Nürəngiz Bəşirova icra başçısının himayəsilə yenidən Xocavənd rayon xəstəxanasının baş həkimi vəzifəsinə təyin olunub.
Bu da olduqca çox müəmmalı bir təyinat olur. Xocavəndlilər fikirləir ki, bəs, AR CM müvafiq maddələri ilə barəsində cinayət işi açılan N. Bəşirova necə olur ki, bir müddətdən sonra yenidən baş həkim vəzifəsinə qayıdır?! Belə olan halda, Xocavənd rayon xəstəxanasının baş həkimi barədə xəstəxanada çalışan işçilər yuxarı orqanlara baş həkimin cinayət əməllərindən silsilə şikayət teleqramları və məktublar göndərirlər. 
Belə vəziyyətdə Nurəngiz Bəşirova FHN şefi K. Heydərovun arvadı ilə qohumluq əlaqəsindən və daimi himayəçisi icra başçı Eyvaz Hūseynovun köməkliyindən istifadə edərək, gözlənilmədə müəmmalı təyinatla fevral 2020-ci ildə “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru vəzifəsinə təyin olunur.
Beyləqanda MX-in direktoru vəzifəsini tutmağa layiq kifayət qədər peşəkar və bacarıqlı həkimlər olduğu halda, fəaliyyəti kifayət qədər çirkli olan Nurəngiz Bəşirovanın gòzlənilmədən Beyləqan xastəxanasına direktor təyin olunması, Xocavənddən gətirib Beyləqan rayon xĕstəxanasına direktor təyin olunması daha çox səs-küyə səbəb olub və ūstəgəl son 2 ildə N. Bəşirovanın çirkli əməllərini Beyləqanda da davam etdirməsi durumu çox pisləşdirib. Direktorun TƏBİB-dən aldığı qılncın Beyləqanda dalı da, qabağı da heç nədən çəkimədən ciblər kəsir.  O, qısa zamanda Beyləqan mərkəzi xəstəxanasını, sözün əsl mənasında “kriti” mūəssəyə çevirib və burda tam “gestapo rejimi” yaradıb. Ölkədə heç bir xəstəxanada rast gəlinməyən Daxili Mühafizə Xidməti yaradıb, özünə şəxsi cangüdən saxlayır və sairə və ilaxır...
Qeyd edim ki, Xocavənd rayon xəstəxanasında baş həkim işlədiyi dövrdə adı qanunsuz işlərdə, korrupsiya və digər hüquqpozmalarda çəkilən N. Bəşirova bu gün də eyni əməlləri Beyləqan Mərkəzi Xəstəxanasında davam etdirir. İndi də Beyləqan MRX-nın balansına verilən təcili yardım maşınlarına verilən yanacaq sùrùcùlərin əlilə satılır. Kim satır, niyə satır, nə məqsədlə satır, bax o, çox maraqlıdır.
Ötən yazımızda Beyləqan polis şöbəsinin keçirdiyi əməliyyat tədbiri nəticəsində Beyləqan rayon xəstəxanasında yanacaq satan oğruların cinayət başında yaxalandıqları, 8 nəfərin saxlanıldığı və barələrində cinayət işi başlanıldığı barədə ictimaiyyətə kifayət qədər ətraflı məlumat dərc etmişdik. Həmçinin həmin yazımızda Beyləqan rayon prokurorluqda ifadə verən təcili yardım xidmətinin sürücüləri ifadələrində direktor Nürəngiz Bəşirovanın onlara sığorta pulunu, əlavə xərclər ūçùn pul vermədiyinə görə, ehtiyac üzündən bunu etmək məcburiyyətində qaldıqlarını yazmışdıq.
Hətta məlum yanacaq oğurluğu hadisəsindən ciddi surətdə narahat olan Nurəngiz Bəşirova “sudan duru çıxmaq” üçün çabalar göstərərək, havadarlarına ağız açıb, onlardan kömək umduğunu da...
Həmçinin, onu da yazımışdıq ki, məlum yazımızın üzərindən qısa vaxt keçməsinə bağmayaraq, N. Bəşirovanın yaxın ətrafında olan adamlar dövriyyəyə belə bir qeyri-ciddi informasiya buraxıblar ki, güya direktor xəstəxanadan yanacaq oğurlanması faktından heç də xəbərsiz olmayıb, necə deyərlər, oğurluq faktı barədə hüquq-mühafizə orqanlarına məlumatı onun özü verib.
Əslində, bunun nə qədər absurd bir fikir olduğunu hamımız bilirik. Belə bir fikirin ortaya atılmasının əsas mahiyyəti isə ondan ibarətdir ki, rayon prokurorluğu Nürəngiz Bəşirovanı bu adla məsuliyyətdən kənarda saxlasın. Əldə etdiyimiz məlumata görə də N. Bəşirova bu işdən qurtulmaq üçün gərəkən pulu da xərcləməyə hazırdır.
Rayonda dolaşan və bizə çatan xəbərlərdə qeyd edilir ki, N. Bəşirova istəmir ki, adı ikinci dəfə istintaq orqanlarında hallansın. Çünki yuxarıda qeyd etdiyim kimi, ona 2005-ci ildə Ağcabədi Rayon Prokurorluğunda cinayət işi açılıb. Ona görə də, N. Bəşirova hər vəchlə səy göstərir ki, heç olmasa bu dəfə adını təmiz saxlaya bilsin.
Indi Beyləqanda hər kəsin diqqəti Beyləqan Rayon Prokuroru Ramazan Hadıyevə dikilib ki, görəsən, o, xəstəxananın direktoru Nurəngiz Bəşirovanı məsuliyyətdən kənarda saxlamaq ūçùn onun "tələsinə" dùşəcək, yoxsa...
Mövzunu diqqətdə saxlayacağıq, bizi izləyin.шаблоны для dle 11.2

Xəbər lenti
12 05 2024
12 05 2024
12 05 2024
12 05 2024
12 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024