Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (19-07-2022, 17:11)
Məktəblini döyən icra başçısının müavini məcburi qaydada polisə aparıldı - TƏFƏRRÜAT

 Xəbər verdiyimiz kimi, məktəb direktorunun gözü qarşısında 9-cu sinif şagirdini evinə gətirdərək işgəncələr verən Lənkəran şəhər İcra Hakimiyyəti başçısının müavini Rasilə Arifqızı haqqında artıq hüquqi müstəvidə işlərə başlanılıb.

Bizim.Media-ya verilən məlumata görə, ötən gün şəhər İcra Hakimiyyəti başçısı Taleh Qaraşovun əmri ilə tutduğu vəzifədən azad edilən xanım müavin istintaq hərəkətlərinin aparılması üçün bu gün rayon Polis İdarəsinə dəvət olunub.

Amma hələ də hökmranlığından əl çəkmək istəməyən Rasilə Arifqızı polisin dəvətinə qulaq asmayıb və könüllü şəkildə idarəyə gəlməkdən imtina edib.
Bundan sonra xanım müavinə məcburi gətirilmə qaydası tətbiq edilib. O, polis maşınına oturdularaq istintaqa aparılıb.

Məlumatlı mənbənin bildirdiyinə görə, Rasilə Arifqızı hazırda Polis İdarəsində ifadə verir.

Qeyd edək ki, Baş Prokurorluq məsələni tam nəzarətinə götürüb.

Qurumun yaydığı məlumata görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının müavini Rasilə Arifqızı iyulun 14-də həmin təhsil müəssisəsinin şagirdi Günel Əliyevanı (şərti olaraq) öz xidməti sürücüsü vasitəsilə attestat verilməsi bəhanəsi ilə yaşadığı evə gətizdirib.

Bundan sonra məktəbin direktoru Yeganə Əskərovanın da iştirakı ilə vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq yetkinlik yaşına çatmadığını nəzərə almadan G.Əliyevanın iradəsinə zidd olaraq mobil telefonunu əlindən alıb şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurub.

Qeyd edək ki, bu gün məktəb direktoru Yeganə Əskərova vəzifəsindən azad olunub.

Xatırladaq ki, Lənkəranda məktəblinin döyülməsi ilə bağlı məsələ ilk dəfə Bizim.Media tərəfindən işıqlandırılıb.

Bizim.Mediaшаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024