Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (10-05-2022, 15:11)
"Direktor bizdən pul alıb, öz cəriməsini ödəyib" - İşdən çıxarılan tibb işçisi

 Füzuli Rayon Mərkəzi Xəstəxanasının keçmiş fledşeri Oqtay Əliyev xəstəxananın direktoru Elçin Qurbanov tərəfindən dələduzluğa məruz qaldığını iddia edir. 
Məsələ ilə bağlı "Unikal"a müraciət edən O.Əliyev E.Qurbanovun onu işdən heç bir əsas olmadan çıxardığını deyib:
"Qızım Afət Əliyeva Füzuli Rayon Mərkəzi Xəstəxanasında İnsan Resursları şöbəsinin müdiri olaraq çalışır. Həmin xəstəxanada əvvəllər həkim işləyib sonra işdən ayrılan Aygün adlı həkim qalıq pulları ilə bağlı şikayəti əsasında xəstəxanaya yoxlama gəlmişdi. Həmin hadisədən sonra E. Qurbanov qızım Afəti yanına çağıraraq ona 850 manat cərimə yazıldığını deyib. Mən də qeyd olunan məbləği Elçinə verdim ki, cəriməni ödəyib çeki və cərimə protokolunu mənə gətirsin. Bir müddət keçdikdən sonra çek və cərimə protoklunu mənə vermədi. Həmin şikayətdən 15 gün keçdikdən sonra qızıma töhmət verildi. Mən bundan sonra E.Qurbanovla əlaqə saxlayaraq qeyd olunan sənədləri istədim, lakin o, yenə də müxtəlif bəhanələrlə sənədləri verməkdən yayındı. Mən də bu məsələdən sonra Rayon Prokrorluğuna müraciət etdim. Şikayətim  əsasında təhqiqat aparıldı. Əmək Müfəttişliyinə sorğu da göndərildi və qızıma heç bir cərimə tətbiq olunmadığı məlum oldu. Bundan sonra öyrəndik ki, cərimə Elçin Qurbanova təyin olunub. O, bizi aldadıb pul alaraq öz cəriməsini ödəyib. Həmin 850 manatlıq çek Elçin Qurbanovun adınadır. Mən özüm də 48 il həmin xəstəxanada çalışmışam. 70 yaşa qədər çalışmaq hüququm var idi. Hazırda 67 yaşım var və Elçin Qurbanov mənim bu şikayətimə görə işimə xitam verib. İşdən çıxarılma səbəbi olaraq yaşım göstərilib, mən bundan narazı deyiləm. Qızım İnsan Resurları şöbəsinin müdiridir. İşdən çıxarma və işə qəbul məsələləri ilə bağlı əmrlər kadrlar şöbəsində verilməli və qarşı tərəfə də bu haqda sənədin kopyası verilməlidir. İnzibati məsələlər üzrə müavin Tahir İsmayılovla direktor birgə əmr veriblər. Nəticədə, həmin əmrə nömrə qoyublar və mənim adımı qeyri-qanuni olaraq portaldan siliblər. Hələ yalandan məlumat da yayır ki, guya onu şantaj edirəm".
Məsələ ilə bağlı qarşın tərəfin mövqeyini öyrənmək üçün Füzuli Rayon Xəstəxanasının direktoru Elçin Qurbanovla əlaqə saxladıq. O, "Unikal"a açıqlamasında sözügedən şəxsə qarşı heç bir dələduzluq törətmədiyini deyib:
"Onu işdən mən çıxarmışam, çünki 65 yaşdan sonra işdən çıxmalı idi, amma çıxmamışdı. Oqtay Əliyevin iş müddətini 9 ay bir, 3 ay və 3 ay da bir uzatmışam. Onun 70 yaşa kimi işləmək hüququ yoxdur. 850 manat da pul almamışam".шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024