Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (11-04-2022, 15:24)
Rüşvət verən şəxs icra başçının məhkəməsində...

 Külli miqdarda rüşvət alma ittihamı ilə həbs edilmiş İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Mediatv.az xəbər verir ki, prosesdə şahidlər dindirilib.
İlk olaraq İmişli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi işləmiş Cəsur Paşayev ifadə verib: “2012-2018-ci illərdə xəstəxanada işləmişəm. Xəstəxananın təmir-tikinti işləri ilə bağlı xərclər olurdu. Buna görə Səhiyyə Nazirliyi tərəfindən bizə pul ayrılırdı. Daha sonra məbləğ rayonun Maliyyə İdarəsinə gəlirdi. Onu da nağdləşdirib mənə verirdilər. Vilyam Hacıyev məndən rüşvət tələb etməyib”.
Daha sonra torpaq sahələrinə müvafiq sərəncamların verilməsi üçün rüşvət vermiş şahidlər dindirilib. Onlar birbaşa Vilyam Hacıyevə pul vermədiklərini bildiriblər. Kənd təsərrüfatı ilə məşğul olan Tofiq Rüstəmov ifadə verərkən, maraqlı anlar yaşanıb. O, atasının adına olan torpağı öz adına keçirərkən rüşvət verdiyini deyib: “Atam 2004-cü ildə rəhmətə getmişdi. Mən də onun adına olan torpağı öz adıma keçirməyə çalışdım. Buna görə 1000 manat verdim”.
Vilyam Hacıyevin vəkili, şahiddən niyə cinayət əməli olduğunu bilə-bilə rüşvət verdiyini soruşub. Şahid “bir də eləmərəm” deyərək cavab verib.
Daha sonra İmişli rayonunda 3 məktəb binasının tikintisini həyata keçirən inşaat şirkətinin direktoru Elmidar İsmayılov ifadə verib. O hər tikintidə icra başçısına faiz verdiyini deyib: "Birinci məktəb üçün 900 min manat, ikinci məktəb üçün 440 min manat, üçüncü məktəb üçün 1,6 milyon manat vəsait ayrılmışdı. Birinci məktəbdə ayrılan vəsaitin 20 fazini Vilyam müəllimə verdim. İkinci məktəbi məndən əvvəl tikən şirkət yarımçıq qoyub getmişdi deyə öz cibimdən pul qoyub təhvil verdim. Vilyam müəllim əvəzində mənə rayonda yeni işlər verəcəyini dedi. Belə də oldu. Üçüncü məktəb tikintisi üçün mənim şirkətimə sifariş gəldi. Bu məktəbə görə ayrılan pulun 10 faizini Vilyam Hacıyevə verdim. Dördüncü layihəm beşmərtəbəli yaşayış binası oldu. 2,9 milyon puldan 20 faizini icra başçısına qaytardım. Pulları adətən tikinti ləvazimatları aldığımız firmalar vasitəsilə nağdləşdirib götürürdük”.
Daha sonra şahid qismində İmişli Rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Hüseyn İbrahimov dindirilib. Şahid cinayət işi üzrə zərərçəkmiş qismində tanınmış Dost İş Mərkəzi ilə bağlı epizod üzrə danışıb. O deyib ki, sözügedən mərkəzdə hər ay 140 nəfərin əmək haqqı Vilyam Hacıyevə çatıb: "Həmin pulları banklardan mənim tanışlarım çıxarırdı. Hər karta ayda 218-230 manat pul köçürdü. Bu məbləği baş mühasibıə verirdim”.
Proses aprelin 15-də davam etdiriləcək.
Xatırladaq ki, Vilyam Hacıyev 2020-ci ilin may ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs edilib.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024