Cənubi Qafqazda regional əlaqələrin bərpa olunması ilə bağlı Üçtərəfli İşçi Qrupun növbəti iclası keçiriləcək.

Mediatv.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqlarının yekunları ilə bağlı birgə mətbuat konfransında bildirib.

Lavrov qeyd edib ki, növbəti iclas bu ay Moskvada keçiriləcək.