Siyasət (14-03-2022, 12:42)
Laçın dəhlizinə nəzarəti NƏ ZAMAN ƏLƏ ALIRIQ? - Sabiq nazir

Mediatv.az xəbər verir ki, bu fikirləri Moderator.az-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov söyləyib.
“Bəzən bizdə belə şərh edirlər ki, bu cür fikirlər səslənir ki, guya artıq şimali Zəngəzur dəhlizi, yəni Ermənistan ərazisindən keçən dəhliz çəkilməyəcək. Hesab edirəm ki, bu, əsassız iddialardır. Əslində bunlar bir-birini tamamlayan layihələrdir. Ən azı, texniki baxımdan İran ərazisindən avtomobil yolunun keçməsi o qədər də asan iş deyil. Digər tərəfdən, dəmir yolunun da istifadəyə verilməsi sual altındadır. Çünki bilirsiz ki, dəmir yollarını standartları fərqlidir. Amma ən vacib nəticə ondan ibarətdir ki, artıq İran da bu məsələdə maraqlıdır. Və uzun müddət Astara-Rəşt dəmir yolunun tikintisi və layihənin tamamlanması qısa bir müddətdə, deyildiyi kimi, 6 ayadək Culfadan sovet vaxtından qalma keşmiş bağlantıya qoşulması sayəsində başa çatacaq. Yəni bu da İran üçün çox vacib bir layihədir. Çünki İrandan da bir qism stansiyaların aradan götürüləcəyi gözlənilir. Və Şimal-Cənub dəhlizinin işlək formaya düşməsi keçirilməsi həm İran, həm də digər ölkələr üçün vacibdir”- açıqlamasının davamında bunları söyləyən Tofiq Zülfüqarov Laçın dəhlizi məsələsinə də toxunub.
“Təbii, bu layihənin anons olunması bir növ Ermənistana da bir təzyiq kimidir. Çünki artıq bu ölkə rəhbərliyi və əhalisi də anlamalıdır ki, alternativ mövcuddur. Özü də bu, birinci yox, artıq ikinci alternativdir. Çünki bizim çoxdan Türkiyə ilə Gürcüstan üzərindən bağlantımız mövcuddur. İrandan da Naxçıvanla qısa bir bağlantı olacaq. Və İrəvan sadəcə olaraq istiqamətlərdən birini təklif edə bilər. Əgər bunun onlar üçün faydası olacağını dərk edərlərsə... Əslinə qalsa, Zəngəzur dəhlizi ilk növbədə Ermənistanın özünə lazımdır. Halbuki, bu ölkənin rəhbərliyi özünü kiməsə minnət qoyan kimi aparır. Təbii ki, siyasətdə reallığın üzə çıxması çox vacibdir. Bu baxımdan İrandan keçəcək dəhliz mövzusunun gündəmə gəlməsini əhəmiyyətli hesab edirəm. Və nəhayət, belə fikirlər səslənir ki, bu gedişlə Laçın dəhlizi məsələsi də öz-özünə həll olunacaq və Azərbaycan qısa bir müddətdə orada öz nəzarətini tam şəkildə bərpa edəcək” - deyə sabiq baş diplomat vurğulayıb.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
29 06 2025
29 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025