Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (28-04-2021, 17:05)
Dünya nəhənginin Zəngəzur dəhlizinə marağı: - “Çin bu məsələyə kifayət qədər ciddi yanaşır”

Dünya nəhənginin Zəngəzur dəhlizinə marağı:
Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, həm də dünya dövlətləri üçün kifayət qədər ciddi əhəmiyyətə malikdir.

Bunun məntiqi nəticəsi kimi, Çin artıq Zəngəzur dəhlizi ilə bağlı mövqeyini ortaya qoyur.

Bundan əvvəl də Çin mətbuatında “Zəngəzur dəhlizi”nin bölgə və dünya üçün əhəmiyyəti ilə bağlı ciddi materiallar yayımlanırdı. Ötən gün isə Çin təmsilçisi Ermənistanda sabiq prezident Serj Sarkisyanla görüş keçirib.

Bu haqda məlumatı isə erməni politoloq Stepan Danielyan yayıb. Politoloq iddia edib ki, görüşdə əsas iki məsələ müzakirə olunub ki, onlardan biri də Şimal-Cənub yolunun açılması olub.

Maraqlıdır, Çin üçün Qarabağdan keçən kommunikasiyalar iqtisadi baxımdan nə dərəcədə önəmlidir?

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında deyib ki, Çin yeni və alternativ yollar axtarır. Artıq 20 ildir ki, Çin məhsullarının Avropaya, Şimali Afrikaya çatdırılması üçün yeni alternativ dəmir yol xətlərinin olmasında maraqlıdır:

“Çünki son illərdə əsas asılılıq Rusiya və Qazağıstandan keçən xətlər üzərində idi. Bu da müəyyən asılılıq yaradırdı. Rusiya yollarının isə hava şəraitindən çox asılı olduğu üçün əsasən də Sibirdən keçən hissələrdə dayanmalar olurdu. Ona görə də alternativ marşrut kimi Azərbaycandan keçən Şərq-Qərb dəhlizi Cənub-Şimal dəhlizindən çox maraqlıdır. Bu yolların işə düşəməsi Çin məhsullarının dünyaya çatdırılmasının çox böyük əhəmiyyəti var. Bu, həm də Çinin asılılığını azaldır. Ona görə də Çin bu məsələyə kifayət qədər ciddi yanaşır”.

Ekspert bildirib ki, hətta Bakı-Tbilisi-Qars açılanda ilk ekspremental yük qatarının da məhz Çinin dəstəyi ilə Türkiyəyə çatdırılmasının şahidi olduq:

“Yəni bu yeni nəqliyyat xətlərinin, o cümlədən Zəngəzur dəhlizinin açılması əlavə dividentlər verir. Çinin də gələcək hədəfi bu bölgələrə daha çox məhsul ixrac etməkdir. Çin dünyanın bir nömrəli ixracatçı ölkəsidir və ona da alternativ yolların açılmasında çox maraqlıdır”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
20 09 2024
20 09 2024