Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (4-02-2022, 12:41)
Təxribatçı çıxışlar edən CHP-li deputat KİMDİR?

 Bildiyimiz kimi, ötən gün Türkiyə parlamentində (TBMM) Şuşa bəyannaməsi müzakirəyə çıxarılıb və ratifikasiya edilib. Belə tarixi hadisənin yaşandığı gündə Türkiyənin Cümhuriyyət Xalq Partiyasını (CHP) təmsil edən millət vəkili Aykut Ərdoğdu öz sosial şəbəkə profilində Azərbaycan - Türkiyə münasibətlərinə kölgə salacaq fikirlər səsləndirib. Deputat Azərbaycan və Türkiyə əlaqələrində guya bir sıra qaranlıq məqamların olduğunu iddia edib.
 
Onun sərsəm iddialarına Milli Məclisin deputatları dərhal etirazlarını bildirərək, Aykut Ərdoğdunu Azərbaycan-Türkiyə münasibətlərini pozmamağa çağırıblar.
 
Mediatv.az xəbər verir ki, CHP nümayəndəsinin məhz Şuşa Bəyannaməsi kimi tarixi sənədin ratifikasiyası müzakirə edilərkən bu cür çıxış etməsi heç də təsadüfi görünmür. Ortada xarici qüvvələrin təsiri variantı istisna edilmir və bu versiya daha inandırıcı görünür. Bu mənada əminliklə demək olar ki, Aykut Ərdoğdunun Azərbaycan və Türkiyənin münasibətlərinə kölgə salmaq istəyinin arxasında maraqlı qüvvələr dayanır və onun paylaşımı şübhəsiz ki, boslarının sifarişidir. Lakin bu cəhdlərin heç bir perspektivi yoxdur, çünki Türkiyə-Azərbaycan münasibətlərinə hər hansı ermənipərəst siyasətçilərin manipulyasiyaları kölgə sala bilməz. Bu artıq hamı tərəfindən qəbul olunmalı gerçəklikdir.
 
Aykut Erdoğduya gəlincə, o dəfələrlə təxribatçı çıxışlarla medianın gündəminə gəlib. CHP-li millət vəkili əksər hallarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ünvanına xoşqgəlməz sözlər deməklə, əslində etikadan kənar siyasətçi olduğunu təsdiqləyib. Hətta o, Türkiyə lideri barədə təhqirlərə görə məhkəməyə də verilmişdi.
 
Qeyd edək ki, Aykut Erdoğdu 28 avqust 1972-ci ildə Qarsda anadan olub.
 
2011-ci ildə Türkiyədə keçirilən ümumi seçkilərdə ilk dəfə CHP-dən İstanbul 2-ci bölgə millət vəkili olaraq parlamentə daxil olan Erdoğdu 6 sentyabr 2014-cü ildə CHP Partiya Məclisi üzvü seçilib, həmin ilin oktyabrın 23-də Partiya Məclisi üzvlüyündən istefa verib. O, 2015-ci ilin iyununda və 2015-ci ilin noyabrında Türkiyədə keçirilən ümumi seçkilərdə CHP-nin İstanbul millət vəkili olaraq yenidən parlamentə daxil olub.
 
Adıçəkilən deputat daha çox sosial şəbəkələrdə müxalif fikirləri ilə gündəmə gəlməyə çalışır. O mütəmadi olaraq, ölkə rəhbərliyini hədəfə alaraq, ən kiçik məsələləri belə siyasiləşdirməyə can atır. Radikal mövqeyilə seçilən Erdoğdu Türkiyənin taleyüklü məqamlarında iqtidarla birlik nümayiş etdirmək əvəzinə dövləti "vurmağa" məqam gözləyir.
 
Bundan əlavə, Erdoğdunun PKK terror təşkilatına gizli dəstək verməsi, yaraqlıların marağından çıxış etməsi ilə bağlı məlumatlara da rast gəlmək olar. Onun ermənilər xüsusi rəğbət bəsləməsi də heç kimə sirr deyil. Bu gün PKK və erməni terrorçularının yanında dayanan Erdoğdunun Azərbaycan və Türkiyə arasında hökm sürən qardaşlıq münasibətlərinə kölgə salmaq cəhdləri səbəbsiz deyil.
 
Qeyd edək ki, Azərbaycan tərəfi rəsmi şəkildə CHP millət vəkilinin ittihamlarına cavab verib. Ötən gün Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayaraq, Erdoğdunun səsləndirdiyi fikirlərin əsassız olduğunu bəyan edib.
 
Bundan əlavə, irəli sürülən əsassız ittihamlara görə, onun üzr istəməsi tələb olunub. Əks təqdirdə, məsələnin hüquqi müstəvidə qaldırılması istisna edilməyib.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025