Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (26-11-2021, 09:46)
Putinin Soçi strategiyası: Brüssel blefə inanacaqmı?

Putinin Soçi strategiyası: Brüssel blefə inanacaqmı?
İlham Əliyev və Nikol Paşinyanın 26 noyabrda Putinin təklifi ilə Soçidə görüşə razılıq vermələri maraqlı mənzərə yaratdı. Bir qədər qarışıq olan bu mənzərədə kimin nə etməyə çalışdığı sualları aktuallaşdı. Azərbaycan mənbələrinin olduqca xəsis davranmasına baxmayaraq, Ermənistanda bu məlumatlar ən yüksək səviyyədə açıqlandı. Bununla da biz yenə bu təhlili apararkən Nikol Paşinyanın özünün “Facebook” hesabından həyata keçirdiyi canlı yayımda səsləndirdiyi bəzi fikirlərə istinad etməli olacağıq.

Ümumiyyətlə, Azərbaycan rəsmi dairələrinin məlumatları əlçatmaz etməsi, və yaydıqları informasiyalarda demək olar ki, mahiyyəti gizlətməyə çalışmaları təhlilçilər və müşahidəçilər üçün ciddi problemlər yaratmaqdadır. Bu problem əsasən mövqelərin müqayisəsini apararkən meydana çıxır. Bu qapalı siyasətlə rəsmi Bakının nə etmək istədiyi bəlli olmasa da, görünən və ortada olan budur ki, Ermənistan mənbələri fürsətdən istifadə etməkdə ləngimirlər.

İlkin təəssürat: Putin əvvəlcədən düşünüb

Belə bir konspirologiya ola bilər ki, Putin bu prosesi əvvəlcədən düşünüb. Söhbət ondan gedir ki, Azərbaycan və Ermənistan rəhbərləri 9 və ya 10 noyabrda görüşməli idilər və bu, alınmadı. Paşinyanın açıqlamasına inansaq, bu görüş daha sonra 15 noyabra və nəhayət, 26 noyabra təyin edilib.

26 noyabra təyin edilmiş Soçi görüşünün özəlliyi budur ki, Avropa Birliyi Şurasının prezidenti Şarl Mişellə razılığa gəlmiş İlham Əliyev və Nikol Paşinyanın Brüssel səfərləri elan edildikdən sonra məlum oldu ki, onlar daha öncə Soçidə görüşəcəklər. Bu, o deməkdir ki, Putin həm Brüssel görüşünün əhəmiyyətini şübhə altına almaq, həm də oradan gözlənilən mümkün arzuolunmaz (Rusiya üçün) nəticələri neytrallaşdırmaq üçün Soçi görüşünü təcili çağırıb. O, bununla həm də demək istəyib ki, öncə Rusiyadır.

Paşinyanın açıqlamasına görə, onlar ayın 9-da ona görə görüşməyiblər ki, Azərbaycan tərəfi həbs etdiyi erməni hərbi qulluqçularını geri vermək istəməyib. O zaman belə çıxır ki, indi Azərbaycanda saxlanılan ermənilərin geri verilməsinə dair razılıq əldə olunub. Təbii ki, bu suallara Azərbaycan tərəfi aydınlıq gətirməlidir. Ya da biz 26 noyabrdan sonra Azərbaycandakı rus sülhməramlılarının köhnə (məhz keçmiş yox) komandanı Rüstəm Muradovun Bakıya səfər edib-etməyəcəyinə fikir verməliyik.

Təəssüf ki, Soçidə əldə olunacaq razılaşmalara dair məlumatların dəqiqliyini Azərbaycan mənbələrindən yoxlaya bilmirik. Məsələn, ötən həftə bir neçə “ekspert”in və saytın yaydığı məlumata inansaq, “Zəngəzur dəhlizi” artıq açılıb, hətta dəhliz artıq Azərbaycanın nəzarətinə keçib.

Putin sazişə mane oldu

Görünən odur ki, Putin Ermənistan və Azərbaycan sərhədində yaranmış (yaratdığı) son vəziyyətdən məharətlə istifadə edir. İlk növbədə o açıqladı ki, Azərbaycan və Ermənistan arasındakı atışma Rusiya diplomatiyasına və sülhməramlılarına ehtiyacı artırıb. Bununla Putin Rusiyanın bölgədəki iştirakına siyasi legitimlik qazandırmaq və onu gücləndirmək istədi, üstəlik, Azərbaycan və AB arasında imzalanacağı gözlənilən sazişə mane olmaq üçün bu qarşıdurmadan istifadə imkanı verdi. Açıq ifadə etsək, İlham Əliyev növbəti mərhələdə bu sazişi imzalamaqdan imtinanı əsaslandırmaq üçün Rusiyanın aqressivliyinin artmasından ehtiyat etdiyini irəli sürə bilər. Qərb bu fikrə inanmaq istəyəcəkmi? Bu, artıq başqa sualdır.
Müəllif: Seymur Həzi
//pressklub.az//
шаблоны для dle 11.2

Xəbər lenti
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024