Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (19-11-2020, 11:35)
Erməni mediasından Putinə sensasion ittiham: - Qarabağı öz poliqonuna…

 Rusiya Prezidenti Vladimir Putinin Qarabağ barədə səsləndiridiyi fikirlər Ermənistan ictimiai-siyasi mühitində birmənalı qarşılanmayıb.

"Mediatv.az" xəbər verir ki, erməni mediası Putinin fikirlərindən sonra bu qənaətə gəlib ki, Rusiya “Qarabağ kartı”ndan “imperiya maraqları” üçün faydalanmağa çalışır.

Digər tərəfdən, Rusiya Prezidentinin fikirləri Ermənistan Baş naziri Nikol Paşinyanın Moskvadan dəstək alması barədə şübhələri də artırıb.

“Hrapark” qəzeti yazır ki, Putinin Nikol Paşinyanın xain adlandırılmasını əsassız hesab etməsi bu qənaəti yaradıb.

“Bununla yanaşı, siyasi dairələrdə belə düşünürlər ki, Paşinyan hakimiyyətdə qaldığı müddətdə Rusiya Prezidenti mövcud vəziyyətdən öz imperiya maraqları naminə yararlanmaq istəyir. Türk amilinin bölgədə bu miqyasda güclənməsi Rusiyanın maraqlarına cavab vermir. Amma belə vəziyyət yaranıbsa, o zaman Rusiya öz maraqlarını təmin etməyə çalışacaq”, - qəzet yazır.

“Hraparak”ın iddiasına görə, Azərbaycan, Rusiya prezidentləri və Ermənistan Baş naziri arasında imzalanan bəyanatda bölgəyə 1960 nəfərdən ibarət sülhməramlı kontigentin yerləşdirilməsi nəzərdə tutulsa da, pərdəarxası danışıqlar davam edir və Kreml Dağlıq Qarabağa 14-15 min civarında hərbçi gətirməklə ərazını öz poliqonuna çevirmək istəyir.

“Nəticədə, ən azı dekabrın 1-dək, yəni, bəyanatda göstərilən ərazilərin təhvil verilməsi üçün son tarixə qədər Ermənistan Baş nazirinin dəyişdirilməsi Rusiya üçün faydalı deyil. Bu səbəbdən Nikol Paşinyana açıq zərbələr endirilməyəcək. Zərbələr daha diplomatik şəkildə olacaq, məsələn Paşinyanın Şuşa məsələsindəki yalanlarının ifşa edilməsi kimi”, - qəzet yazır.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024