Siyasət (5-11-2021, 11:37)
Lukaşenko Putindən şikayətləndi: - “Söz verdi, ancaq məni aparmadı”

Belarus lideri Aleksandr Lukaşenko Prezident Vladimir Putinin onu Krıma dəvət etməməsindən şikayətlənib.
Mediatv.az xəbər verir ki, o, bu barədə İttifaq Dövlətinin Ali Dövlət Şurasının onlayn rejimdə keçirilən iclasında bildirib.
“Ukrayna Belarus üçün səmanı bağlayıb və biz Ukraynadan keçərək Krıma gedə bilmirik. Orada bizim mülkümüz var, başqalarının da problemləri var. Vladimir Vladimiroviç mənə özü ilə Krıma aparacağını vəd etdi, amma bu gün özü getdi və məni dəvət etmədi",-deyə bildirib.
Buna cavab olaraq Vladimir Putin belaruslu həmkarına Sevastopolda görmədiyi abidəni göstərəcəyini vəd edib. Çünki o, yarımada 2014-cü ildə Rusiya tərəfindən ilhaq edildikdən sonra bu əraziyə getməyib.
Qeyd edək ki, Belarus Krımı rəsmi olaraq Rusiya ərazisi kimi tanımırdı. Bu mövzuda söhbətlərdə Aleksandr Lukaşenko ehtiyatlı ifadələr seçirdi. Ancaq bir müddət əvvəl Belarusun Krımı Rusiyanın bir hissəsi kimi tanıyağcağını deyib: “Rusiyada sonuncu oliqarx Krımı tanıyanda və orada məhsul tədarük etməyə başlayanda, mən də bunu edəcəyəm”.
Xatırladaq ki, noyabrın 4-də Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko bütün 28 inteqrasiya proqramını təsdiq edən İttifaq Dövlətinin inteqrasiya fərmanını imzalayıblar.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
7 09 2025
7 09 2025
7 09 2025
7 09 2025
7 09 2025
7 09 2025
7 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025