Azərbaycanın Vatikanda səfirliyi açılacaq.
"Mediatv.az"-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda səfirliyin təsis edilməsi haqqında” qanun layihəsində əksini tapıb.
Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.