Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (25-10-2021, 14:12)
Qələbənin ildönümündə Moskvada nə imzalanacaq? - “Ermənistan bu məsələdən qaçır, amma...”

Qələbənin ildönümündə Moskvada nə imzalanacaq?
Erməni mətbuatında Azərbaycan və Ermənistan arasında iki yeni sənədin imzalancağı ilə bağlı informasiya yayılıb.

Ermənistan mətbuatı məlumatı diplomatik mənbələrə istinadən yaydığını iddia edir. Erməni KİV-ləri yazır ki, sözügedən sənəd noyabrın 9-da Moskvada imzalanacaq. "Gözlənilir ki, son anda forsmajor hal baş verməzsə, sənədləri Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi və iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayacaqlar”, - xəbərdə belə vurğulanıb. İddia olunur ki, sənədlərdən biri Azərbaycan və Ermənistanın dövlət sərhədlərinin delimitasiya və demarkasiyasına aiddir. Bu sənədə əsasən, rəsmi Bakı və İrəvan SSRİ Müdafiə Nazirliyi Baş Qərargahının 1920-ci il xəritələrinə əsaslanaraq bir-birilərinin sərhədlərini və ərazi bütövlüyünü tanıyır.

Digər sənəd regionda kommunikasiya əlaqələrinin, xüsusilə dəhliz-yolların açılmasının detallarından, eləcə də Azərbaycanla Naxçıvan arasında birbaşa əlaqənin qurulmasından bəhs edir. Yayılan bu məlumat Azərbaycan tərəfindən rəsmi olaraq təsdiqlənməyib. Ermənistan Xarici İşlər Nazirliyi isə yayılan informasiyanı təkzib edib.

“Hazırda Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev arasında heç bir görüş planlaşdırılmır”,-deyə Ermənistanın XİN-in bəyanatında belə deyilir.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Cebhe.info-ya şərhində deyib ki, bununla bağlı dəqiq məlumat yoxdur, amma məntiqə görə, bu cür sənədlərin müzakirə olunmasını istisna deyil:

“Hiss olunur ki, bəzi qüvvələr, xüsusilə də Ermənistanda olanlar bu və ya digər məlumatı əlavə edib hansısa daxili siyasi proseslərə təkan vermək istəyirlər. Ona görə də məsələlərin dəqiqləşməsini gözləmək lazımdır. Hər kəs başa düşür ki, bir il əvvəl bitmiş müharibə nəticəsində Azərbaycan işğala son qoyub. Müharibənin məqsədi o idi ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına birdəfəlik son qoyulsun. Təbii ki, Ermənistan indiki mərhələdə bu məsələdən qaçır. Ona görə də ərazi bütövlüyünün tanınması çox vacib məsələdir. Siyasi və praktik baxımından Azərbaycan ərazisində baş verən hansısa məsələyə Ermənistan müdaxilə etməsin. Amma bütün hallarda informasiyaların rəsmiləşməsini gözləmək lazımdır”.
шаблоны для dle 11.2

Xəbər lenti
10 09 2025
10 09 2025
10 09 2025
9 09 2025
9 09 2025
9 09 2025
9 09 2025
9 09 2025
9 09 2025
9 09 2025
9 09 2025
9 09 2025
9 09 2025
9 09 2025
9 09 2025
9 09 2025
9 09 2025
9 09 2025
9 09 2025
8 09 2025
8 09 2025
8 09 2025
8 09 2025
8 09 2025
8 09 2025
8 09 2025
8 09 2025
8 09 2025
8 09 2025
8 09 2025