Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (25-10-2021, 13:26)
Kremlin Mərkəzi Asiya planı: Bişkek niyə geri çəkildi? - ŞƏRH

Kremlin Mərkəzi Asiya planı: Bişkek niyə geri çəkildi?
Qırğızıstan öz ərazisində ABŞ aviabazasının yerləşdirilməsinə icazə verməyəcək.

Bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov danışıb.

“Bizim Kantda Rusiya bazamız var. Bizə bir baza kifayət edir. Biz iki bazanı ərazimizdə yerləşdirməklə supergüclərlə siçan-pişik oynamaq istəmirik”, - deyə o bildirib.

Qeyd edək ki, uzun müddətdir Qırğızıstanda ABŞ aviabazasının açıla biləcəyinə dair xəbərlər yayılırdı. Hətta Qırğızıstanın KTMT-dən çıxacağı geniş şəkildə müzakirə olunmuşdu. Həmçinin, ölkənin bundan sonra qərbyönümlü siyasət aparacağı iddiaları səslənirdi. Lakin görünən odur ki, Qırğızıstan Rusiyanın təzyiqlərinə tab gətirə bilmədi və öz tərəfini seçdi.

Bəs Qırğızıstan hökumətinin bu qərarı nə dərəcə doğrudur?

Mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq Elşən Manafov bildirib ki, Qırğızıstan tərəfinin bu addımı bölgədəki geosiyasi reallıqlar ilə bağlıdır:

“Qırğızıstan iqtidarının NATO və ya ABŞ bazalarının ölkədə yerləşdirilməsinə qarşı çıxması Rusiya ilə münasibətlərdə yarana biləcək gərginlikdən qaçmaq məqsədi daşıyır. Nəzərə almalıyıq ki, həqiqətən Rusiyanın bölgədə təsir imkanları kifayət qədər güclüdür.

Xatırlatmaq istəyirəm ki, bir müddət əvvəl Qırğızıstan ərazisində ABŞ-ın hərbi bazaları var idi. Lakin Qırğızıstandakı məlum “məxməri inqilab”dan sonra gözlənilənin əksinə olaraq Rusiya orada öz mövqelərini daha da gücləndirdi. Çünki Qırğızıstan iqtidarına Rusiya ilə münasibətlərə daha böyük önəm verən siyasi qüvvələr gəldi. Bunun nəticəsində Qırğızıstan “rus NATO-su” adlanan KTMT-yə üzv oldu.

Mövcud şəraitdə Qırğızıstan öz ərazisində həm NATO, həm də KTMT-yə yer ayırması ölkədə supergüclərin qarşı-qarşıya gəlməsinə səbəb olacaqdı. Ona görə də rəsmi Bişkek öz ərazi bütövlüyü və təhlükəsizliyi amilini nəzərə alaraq bunu etmədi. Hesab edirəm ki, Qırğızıstan rəhbərliyi bu məsələ ilə bağlı mövqeyi tamamilə ölkənin ölkənin milli təhlükəsizlik maraqlarına cavab verir”.

Politoloq qeyd edib ki, bölgə üçün ciddi təhlükə Əfqanıstanda “Taliban”ın hakimiyyətə gəlməsidir:

“Hətta Rusiya Prezidenti Vladimir Putinin artıq “taliblər”i terrorçu təşkilatlar siyahısından çıxarma ehtimalı mövcuddur. Çünki “Taliban” ilə normal münasibətlər qurularsa, terrorun Qırğızıstan və Tacikistan kimi ölkələrə siraət etməsinin qarşısının alınmasında Rusiyanın ciddi və təsirli imkanları ola bilər. Buna görə də Qırğızıstan Rusiya ilə münasibətlərdə gərginlik yarada biləcək amilləri nəzərə alır və ABŞ ölkədə baza yaratmasına icazə vermir.

ABŞ sadəcə olaraq, özünün maraqları olan bölgələrdə siyasi elitaları hakimiyyətə gətirərək Rusiyaya daha yaxın olmağa çalışır. Həmçinin, rəsmi Vaşinqton bu addımları ilə Mərkəzi Asiyada Rusiya və Çinin güclənməsinin qarşısını almaq istəyir. Ona görə də Qırğızıstan Rusiya və Çin ilə münasibətlərin də pozulmasını istəmir. Onu da qeyd edim ki, Qırğızıstanda Çinin də güclü təsir imkanları var və iki ölkə arasında böyük iqtisadi müqavilələr var”.
шаблоны для dle 11.2

Xəbər lenti
10 09 2025
10 09 2025
10 09 2025
10 09 2025
9 09 2025
9 09 2025
9 09 2025
9 09 2025
9 09 2025
9 09 2025
9 09 2025
9 09 2025
9 09 2025
9 09 2025
9 09 2025
9 09 2025
9 09 2025
9 09 2025
9 09 2025
9 09 2025
8 09 2025
8 09 2025
8 09 2025
8 09 2025
8 09 2025
8 09 2025
8 09 2025
8 09 2025
8 09 2025
8 09 2025