Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (2-09-2021, 11:11)
“Ölkədə istehlakçı siyasəti arxada qalıb, biznes qurumlarının isə ərkəsöyün obrazını yaradıblar...” - ETİRAZ

“Ölkədə istehlakçı siyasəti arxada qalıb, biznes qurumlarının isə ərkəsöyün obrazını yaradıblar...”
“Ümumiyyətlə, Azərbaycanda çörək biznesi bazarıın ən liberallaşmış bir seqmentidir. Yəni kim istəsə, bu bizneslə çox rahatlıqla məşğul ola bilər. Heç bir maneçilik yoxdur. Lakin biz burda ziddiyyət görürük. Gərək ki, burda qiymət çox aşağı, keyfiyyət isə yüksək olsun. Bu paradoksun belə olmasının isə səbəbi odur ki, bazarda “sosial çörək” deyilən bir çörək var, bunlar zavod çörəkləridir və onların qiymətinə hökumət qeyri-qanuni olaraq nəzarət dir. Həmin biznes qurum, yəni sosial çörək istehsalçıları qırmızı xəttin üstündə dayanıblar və belə getsə, onlar bağlanacaqlar”

Bunu Moderator.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Ekspertin sözlərinə görə bu çörəklərin qiymətinə toxunulmamalıdır:

“Digər çörəklərin isə qiymətinə toxunulmur, onlar sərbəstdir. Düşünürəm ki, hökumət bunu belə etməməlidir və sosial çörək qiymətinə və keyfiyyətinə də toxunmamalıdırlar. Sərbəst bazar vəziyyəti yaratmalıdırlar ki, o cür çörək istehsalçıları çox olsun. Lakin sosial çörək istehsalçıları qiyməti dövlətin nəzarəti altında saxlamaqdan ötrü çörəyin çəkisini və qiymətini aşağı salır. Bu isə əslində doğru deyil. Düşünürəm ki, kim hansı çörəyi neçəyə istəsə, satmaq iqtidarında olmalıdır, azad bazar iqtisadiyyatıdır. Hökumətin borcu odur ki, elə bir şərait yaratsın ki, ölkədə bolluq, normal rəqabət olsun, qiymət aşağı düşsün və keyfiyyət də qalxsın. Burda qiymətin qalxmasına səbəb olan məsələlərdən biri də odur ki, marketlər sosial çörək istehsalçılarından taxçalarının hər qarışına görə pul alırlar. Düşünürəm ki, onlar heç olmasa sosial çörək istehsalçılarına güzəştə getməlidirlər. Ölkədə isə istehlakçı siyasəti arxada qalıb və biznes qurumlarının ərkəsöyün obrazını yaradıblar. Bunun isə əzabını hökumət və xalq çəkməlidir”.

Qeyd edək ki, dünən Xaçmaz və Quba şəhərlərində çörəyin qiymətinin qalxmasıyla bağlı xəbərlər yayılıb.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025