Siyasət (31-08-2021, 12:24)
Malik Həsənov: Mədəniyyət paytaxtımız Şuşada bərpa və yenidənqurma işlərinin sürətlənməsi fonunda Böyük Qayıdış yaxınlaşır

M.Həsənov qeyd edib ki, dövlət başçısı İham Əliyev Vaqif Poeziya Günlərinin açılış mərasimindəki çıxışında bir daha diqqəti 30 illik işğal dövrünün reallıqlarına yönəldərək bu fikri böyük inamla vurğulamışdır ki, Azərbaycan ədaləti bərpa etdi: “Vətən müharibəsi tariximizdə əbədi yaşayacaq. Bu müharibəni şəhidlərimizin canı, qanı bahasına, hərbçilərimizin şücaəti hesabına qazandıq. 6 şəhərin, 5 qəsəbənin, 300-ə yaxın yaşayış məntəqəsinin işğaldan azad edilməsi Azərbaycanın müstəqillik, qəhrəmanlıq salnaməsinə yazılan zəfər səhifələridir. 44 günlük İkinci Qarabağ savaşında qalib gələn Azərbaycan Ordusu yazdığı yeni tarixlə, eyni zamanda, ədalətin, beynəlxalq hüququn yoxluğu barədə düşüncələri dəyişdi. Sübut olundu ki, bu məfhumlar var və onların tətbiqi üçün fədakarlıq göstərmək, dünyanın ikili siyasətinin qarşısına həqiqətləri qoymaq, diplomatik mübarizədə üstünlüyü qazanmaq, ədalətə söykənən mövqedən bir addım da belə geri çəkilməmək lazımdır. Azərbaycan 30 ilə yaxın dövrdə dəyişməz mövqeyini Vətən müharibəsində bir daha nümayiş etdirdi, dünya xalqımızın nə qədər məğrur, yenilməz xalq olduğunun şahidi oldu.”
“İşğaldan azad edilmiş ərazilərimizə, o cümlədən Qafqazın incisi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya ilk səfərində qədim şəhərin əvvəlki simasına qaytarılacağını bildirən Prezident İlham Əliyev həmişə olduğu kimi yenə də hər vədini konkret əməli ilə təsdiqləyir. Mədəniyyət paytaxtımızın dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi qarşıya mühüm vəzifə kimi qoyulub. İşğaldan azad edilmiş ərazilərimizdə yeni idarəçilik sisteminin yaradılmasının təsdiqi kimi Prezidentin xüsusi nümayəndəsinin ilk olaraq Şuşada fəaliyyətə başlaması, Ağdamdan sonra Şuşanın baş planının təqdim olunması, yeni yaşayış kompleksinin təməl daşının qoyulması, Zəfər Yolunun çəkilişi və sair kimi biri-birindən əhəmiyyətli addımlar Qarabağın tacının önəmini açıqlayır. Bu reallıqlar bir daha Vətən müharibəsi dövründə xarici mətbuata çoxsaylı müsahibələrində Müzəffər Ali Baş Komandanın “Şuşasız bizim işimiz yarımçıq olar” fikrinin məqsəd və məramına işıq salır. Hədəfimiz də, Zəfərimiz də Şuşa oldu. Şuşanın azad olunduğu günün Zəfər Günü kimi təsis edilməsi özündə bütün məqamları ehtiva edir”, - deyə Malik Həsənov bildirib.
Millət vəkili vurğulayıb ki, Şuşa artıq azaddır. 30 il əsarətdə olsa da əyilmədi, milli ruhu qorudu. 30 ildə mədəniyyət paytaxtımızı erməni şəhəri kimi qəbul etdirməyə çalışan Ermənistan rəhbərliyi aparılan bərpa və quruculuq işlərindən dərs almalıdır. Dağıtmaq, məhv etmək ermənilərin xislətidir. Torpağın əsl sahibi isə qurur, yaradır, hər daşı, qayanı bir tarix kimi qoruyur.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025