Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov və rayonun digər vəzifəli şəxsləri barəsində olan cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.
Mediatv.az-ın məlumatına görə, məhkəmənin baxış iclası sentyabr ayının 10-u saat 10:00-a təyin edilib. Cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Səfərlinin icraatındadır.
Qeyd edək ki, Ceyhun Cəfərov ötən il həbs olunub.