Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (3-08-2021, 12:00)
Ermənistan Azərbaycanın bu cənnət məkanında 100 ev tikdirmək istəyir... -SOS!

Ermənistan Azərbaycanın bu cənnət məkanında 100 ev tikdirmək istəyir...
Qəsbkar Ermənistan Azərbaycan Respublikası Xocalı rayonun ərazisində 44 günlük savaşda ordumuzun uğurlu əməliyyatları sayəsində azad olunmuş digər ərazilərdən könüllü olaraq köçmüş ermənilər üçün 100 ev tikməyi planlaşdırır.

Moderator.az xəbər verir ki, bu haqda məlumat sosial şəbəkələrin erməni seqmentində paylaşılıb.

““Artsaxda 100 Ev" təşəbbüsü: çoxuşaqlı ailələr və Artsax müharibəsi nəticəsində Stepanakertdən(Xankəndi-S.L.) 16 km aralıda yerləşən Dəhrəv kəndi yaxınlığında yeni bir qəsəbədə məskunlaşanlar üçün 100 yeni ev tikiləcək. Yeni qəsəbədə evlərlə yanaşı, uşaq bağçası, mədəniyyət mərkəzi və kafe də tikilməsi planlaşdırılır. Təşəbbüskarlar: Varlıq üçün “Artsax: yaşamağa davam üçün” fondu, Ermənistanın İctimai Televiziyası, Qrant Toxatyan və Samvel Movsisyan” – məlumatda belə deyilir.

Qeyd edək ki, “Dəhrəv” adı ilə verilən kənd əslində Xocalı rayonunun Qayabaşı kəndidir.

Zəruri arayış:

Qayabaşı — Azərbaycan Respublikasının Xocalı rayonunun Daşbulaq kənd inzibati ərazi dairəsində kənddir. Qarabağ silsiləsinin yamacındadır. Kənd qədimdən coğrafi movqeyi ilə əlaqədar olaraq sakinləri tərəfindən belə adlandırılmışdır.

XIX əsrin əvvəllərində Çar Rusiyası tərəfindən Cənubi Azərbaycanın Dəhrəv kəndindən köçürülmüş erməni ailələri burada məskunlaşdıqdan sonra yaşayış məntəqəsini “Dəhrəv” (farsca “daharav” sözündən olub "təpəlik" deməkdir) adlandırmışdılar. Bu minvalla 29 dekabr 1992-ci ilə qədər kəndin adı Dəhrəv olmuşdur. Qeyd olunan tarixdən isə kəndin adı Azərbaycan dövləti tərəfindən Qayabaşı kimi rəsmiləşdirilmişdir.

Qayabaşı - 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qayabaşı kəndi Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi qüvvələrinin nəzarətinə keçmişdir.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
29 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024