Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (11-06-2021, 13:40)
“Hayastan” fondu erməni uşaqları üçün Xocalıdakı məktəbi təmir etdirir... - FOTO

“Hayastan” fondu erməni uşaqları üçün Xocalıdakı məktəbi təmir etdirir...
“Əsgəran rayonunun İvanyan qəsəbəsindəki O.Qriqoryan adına məktəb binasında təmir işləri aparılır”

Moderator.az xəbər verir ki, Xankəndindəki separatçı nəşrlərin Azərbaycan Respublikasının hazırda rəsmən Rusiya sülhməramlı(?) kontingentinin nəzarətində olan Xocalı şəhərindəki məktəb haqqında yaydığı məlumatda belə deyilir.

Bu haqda mediaya Yuxarı Qarabağın nəzarətimizdən kənar hissəsində fəaliyyət göstərən separatçı-terrorçu rejim tör-töküntüsünün qanunsuz “şəhərsalma nazirliyi”nin mətbut katibi Marta Danielyan informasiya çatdırıb. O, əlavə edib ki, təmir işləri ümumerməni “Hayastan” fondu tərəfindən aparılır.

Xatırladaq ki, hələ 10 Noyabr razılaşmasından cəmi 20 gün sonra – 2020-ci il noyabrın 30-da Moderator.az Rusiya Fövqəladə Hallar Nazirliyi əməliyyat qrupunun Azərbaycan Respublikasının 28 ildən çoxdur Ermənistan işğalı altında qalan “İvanyan” adlandırılmış Xocalı şəhərindəki eyni məktəbin bərpasına başlaması haqda xəbər vermişdi.

Eyni zamanda bu yaxınlarda elə həmin “Hayastan” fondu tərəfindən Xocalıda müharibə zamanı Qarabağın digər bölgələrindən, o cümlədən Hadrutdan köçmüş ermənilər üçün 15 beşmərtəbəli binanın tikintisinə başlaması haqda da məlumat çatdırmışıq...

Zəruri şərh:

Bir daha söyləməyə məcburuq ki, Azərbaycan torpağına "sülhməramlı" adı ilə qədəm basmış Rusiya dövlətinin özünün bəhs etdiyimiz və digər qanunsuz və məntiqsiz addımları ilə yanaşı, işğalçı Ermənistanın da torpaqlarımızda, o cümlədən 1992-ci ildə kütləvi soyqırımı törədilmiş Xocalı şəhərində bu cür qeyri-qanuni təmir və məskunlaşma işləri görməsinə şərait yaratması 1-ci Qarabağ savaşındakı, xüsusən Xocalı soyqırımındakı, eləcə də son 44 günlük döyüşlərdəki şəhidlərimizin ruhuna birbaşa təhqirdir... Kim deyə bilər ki, bu fikrimiz səhvdir?..

“Hayastan” fondu erməni uşaqları üçün Xocalıdakı məktəbi təmir etdirir...
“Hayastan” fondu erməni uşaqları üçün Xocalıdakı məktəbi təmir etdirir...
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
15 06 2021 10:12
15 06 2021 09:57
15 06 2021 09:43
15 06 2021 09:30
15 06 2021 09:27
15 06 2021 09:12
14 06 2021 23:12
14 06 2021 22:50
14 06 2021 22:30
14 06 2021 22:16
14 06 2021 21:45
14 06 2021 21:17
14 06 2021 20:53
14 06 2021 20:20
14 06 2021 20:03
14 06 2021 19:31
14 06 2021 19:14
14 06 2021 18:52
14 06 2021 18:29
14 06 2021 18:05
14 06 2021 17:58
14 06 2021 17:39
14 06 2021 17:09
14 06 2021 17:01
14 06 2021 16:40
14 06 2021 16:24
14 06 2021 15:48
14 06 2021 15:28
14 06 2021 15:10
14 06 2021 14:53

{sape_links}{sape_article}